Anton Krivotsyukun formasını geyindiyi "Daejeon" Cənubi Koreya çempionatında növbəti qələbəsini qazanıb.
İdman.biz xəbər verir ki, komanda 25-ci turda evdə "Suvon"a 3:2 hesabı ilə qalib gəlib.
Azərbaycan millisinin futbolçusu 90 dəqiqə meydanda olub.
Qeyd edək ki, "Daejeon" 42 xalla ikinci yerdədir. Krivotsyukun komandası lider "Jeonbuk"dan 15 xal geri qalır.
İdman.biz