Misli Premyer Liqasının 31-ci turuna paytaxtda yekun vurulacaq. Sport24.az xəbər verir ki, "Neftçi" öz meydanında "Şamaxı" ilə qarşılaşır.
Qonaqlar üçün bu görüş formal xarakter daşıyır. Ayxan Abbasovun komandası oyundan qələbə ilə ayrılacağı halda belə turnir cədvəlində mövqeyini dəyişməyəcək. Bu oyun ərəfəsində aktivində 35 xal olan "şirlər" 8-ci yerdədir və "Araz-Naxçıvan"dan 5 xal geri qalır. Meydan sahibləri üçün isə bu görüşün əhəmiyyəti böyükdür. Avrokuboklara vəsiqə qazanmaq istəyən "ağ-qaralar" mövsümdə 14-cü qələbəsini qazansa, "Zirə"dən 3 xal uzaqlaşaraq, 4-cü pillədə yerini bir qədər də möhkəmləndirəcək.
Qeyd edək ki, 32-ci turun oyunlarına mayın 15-də start veriləcək.
Misli Premyer Liqası
III dövrə, XXXI tur
19:30. "Neftçi" - "Şamaxı" 0:0 (Birinci hissə)
Hakimlər: Tural Qurbanov, Cəmil Quliyev, Asiman Əzizli, Rövşən Rəcəbov
VAR: Rəşad Əhmədov
AVAR: Müslüm Əliyev
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Seymur Səlimli
Bakı. "Palms Sports Arena".
"Neftçi": 1. Emil Balayev 8. Emin Mahmudov (k) 15. Elvin Bədəlov 7. Emil Səfərov 77. Falaye Sako 6. Sessi Dalmeyda 5. İqor Ribeyro 33. Breno Almeyda 11. İmad Faraj 10. Freddi Varqas 22. Luis Ortis
Ehtiyat oyunçular: 13. Kenan Piriç 81. Məhdi Həsənov 4. Elvin Camalov 17. Murad Xaçayev 19. Ağadadaş Salyanskiy 14. Edvin Kuç 24. Mustafa Sek 18. İfeanyi Metyu 70. Andrey Ştoqrin 23. Cordan Rezabala 28. Alessio Kurçi
"Şamaxı": 1. Rikardo Fernandes 5. Arsen Ağcabəyov (k) 2. Abdulla Rzayev 97. Oruc Məmmədov 82. Rüfət Abbasov 9. Karim Rossi 3. Vladislav Veremeyev 13. Rikardo Apolinario 11. Dioqo Balau 4. Sezar Enrike 8. Alfons Msanqa
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov 99. Səlim Həşimov 17. Rafael Məhərrəmli 80. Həbib İsmayılov 21. Bilal İsmayılov 27. Emil Süleymanov 7. Edqar Adilxanov 77. Nihat Mehralıyev 14. Ravil Qafarov 10. Andrey Tirkoveanu 88. Rodriqo Fernandeş 19. Abdullahi Şuaybu