Bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyunla Azərbaycan Kubokunda ikinci finalçının adı bilinəcək. Sport24.az xəbər verir ki, ölkənin ikinci ən böyük arenasında "Qarabağ" "Neftçi"ni qəbul edəcək.
Əksəriyyət ilk görüşdən sonra cütün taleyinin həll olunduğunu düşünür ki, bu başa düşüləndi. Ağdam təmsilçisi aprelin 3-də "Neftçi Arena"da baş tutan görüşdə "ağ-qaralar"ı 4 cavabsız qolla məğlub etməyi bacarmışdı. Miodraq Bojoviçin komandası geridönüş edə biləcək? İnandırıcı görünməsə də, futbol sürprizlərlə dolu idman növüdü. Hər halda necə deyərlər, yaşayarıq, görərik.
Qeyd edək ki, qarşılaşmanın start fiti saat 20:00-da səslənəcək.
Azərbaycan Kuboku
½ final mərhələsi
20:00. "Qarabağ" – "Neftçi"
İlk oyun: 4:0
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Cabarov
VAR: Kamal Umudlu
AVAR: Kamran Bayramov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Elgiz Abbasov
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu