"Neftçi" Emil Balayevlə yeni müqavilə bağlayıb.
İdman.biz xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.
Anlaşmaya görə, təcrübəli qapıçı 2026-cı ilin yayınadək "ağ-qara" formanı geyinəcək.
Qeyd edək ki, "Neftçi"nin yetirməsi olan və 2011-2014-cü illərdə də komandanın qapısını qorumuş Balayev 2023-cü ilin yayından Bakı təmsilçisinin heyətindədir. O, milli komandanın heyətində 14 oyun keçirib.
İdman.biz