Mahir Emrelinin transfer dəyəri artıb.
İdman.biz xəbər verir ki, Azərbaycan millisinin hücumçusunun qiyməti "Transfermarkt"da 1 milyon avroya (1,974 milyon manat) yüksəlib.
Almaniyanın 2-ci Bundesliqa təmsilçisi "Kayzerslautern"ə keçən 28 yaşlı futbolçunun dəyəri 200 min avro artıb.
Qeyd edək ki, Emreli yeni klubu ilə 3 illik müqavilə imzalayıb.
İdman.biz