Bu gün futbol üzrə Misli Premyer Liqasının dördüncü turunda "Sabah" - "Zirə" qarşılaşması keçiriləcək.
İdman.Biz xəbər verir ki, saat 18:30-da start götürəcək qarşılaşmanı İnqilab Məmmədov idarə edəcək.
"Sabah" altı xalla turnir cədvəlinin dördüncü pilləsində yer alıb. Doqquz xala malik "Zirə" isə liderdir.
Misli Premyer Liqası
Birinci dövrə, Dördüncü tur
5 sentyabr (şənbə)
18:30. "Sabah" - "Zirə"
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Zöhrab Abbasov, Əli Əliyev.
VAR: Tural Qurbanov.
AVAR: Asiman Əzizli.
Hakim-inspektor: Zöhrab Qədiyev.
"Bank Respublika Arena"
Qeyd edək ki, dördüncü turun əvvəlki matçlarında "Qəbələ" öz meydanında "İmişli"yə 2:1, "Şamaxı" isə Gəncədə "Kəpəz"ə 4:1 hesabı ilə qalib gəlib. Tura sentyabrın 6-da keçiriləcək iki oyunla yekun vurulacaq.