"Mançester Yunayted" qış transfer pəncərəsində yeni yarımmüdafiəçi əldə etmək istəyir.
İdman.Biz bu barədə "Daily Mail"ə istinadən bildirir.
Ruben Amorimin komandası üçün əsas seçimlər "Vulverhempton"dan braziliyalı yarımmüdafiəçi Joao Qomes və "Atletiko Madrid"də oynayan "Çelsi" akademiyasının məzunu Konor Qallaherdir.
İngilis qəzetinin məlumatına görə, "qırmızı şeytanlar" 2026-cı il Dünya çempionatından əvvəl yeni oyunçular axtarır və buna görə, bəzi oyunçuların qiymətlərini xeyli artacağı gözlənilir. Qallaher 45 milyon funt sterlinq (50,8 milyon avro) məbləğində yay transferi ehtimalı ilə icarə əsasında "Mançester Yunayted"ə qoşula bilər.
24 yaşlı Joao Qomes "Vulverhempton"da 11 Premyer Liqa oyununda iştirak edib və qol vurmayıb. Konor Qallaher bütün yarışlarda "Atletiko"nun heyətində 16 oyunda iki qol vurub.