"Mançester Yunayted" bu yay qapıçılar Andre Onan və Altay Bayındırın ayrılmasına hazırlaşır. Qapıçı Radek Vitekin də "qırmızı şeytanlar"ın gənclər komandasından ayrılması ehtimalı yüksəkdir.
İdman.Biz-in "TEAMtalk"a istinadən məlumatına görə, "qırmızı şeytanlar" əvəzedicilər axtarır.
Mənbənin məlumatına görə, "Mançester Yunayted" bu oyunçuları 33 yaşlı qapıçı Sem Conston ("Vulverhempton"), 35 yaşlı Karl Darlou ("Lids") və ya 30 yaşlı Anqus Qann ("Nottingem Forest"dən gedir) ilə əvəz edə bilər.
Senne Lammens hazırda komandanın əsas qapıçısıdır. Belçikalı ötən mövsüm bütün yarışlarda 37 oyunda meydana çıxıb və səkkiz dəfə qapısını toxunulmaz saxlayıb. Onun klubla hazırkı müqaviləsi 2030-cu ilin yayına qədərdir. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 35 milyon avrodur.