"Mançester Yunayted" hücumçu Entso Kana-Biyiklə müqavilə imzalayıb. Sport24.az xəbər verir ki, bu barədə İngiltərə klubunun mətbuat xidməti məlumat yayıb.
19 yaşlı forvard Fransa "Havr"ının gənclər komandasından transfer olunub. Müqavilə imzalandıqdan sonra o, İsveçrənin Superliqasında mübarizə aparan "Lozanna-Sport"a icarəyə verilib.
Qeyd edək ki, Kana-Biyik ötən mövsüm meydana çıxdığı 18 oyunda 9 qol vurub. O, 2 qarşılaşmada "Havr"ın əsas komandasının ehtiyat oyunçular skamyasında yer alıb.