İngiltərə Premyer Liqasının 17-ci turunun "Mançester Siti" və "Vest Hem Yunayted" arasında keçirilən oyunu başa çatıb.
İdman.Biz bildirir ki, oyun Mançesterdəki "Etihad" stadionunda baş tutub.
Meydan sahibləri 3:0 hesabı ilə qalib gəlib.
Erlinq Holand altıncı dəqiqədə hesabı açıb. Yarımmüdafiəçi Teyani Reynders 39-cu dəqiqədə "Siti"nin ikinci qolunu vurub. Holand ikinci hissənin 69-cu dəqiqəsində dubl edib.