top
Mahir Emreli Kayzerslauternə keçidi, təəssüratları və hədəfləri barədə danışdı Sport24.az
Bu gün, 17:39
- +

Mahir Emreli "Kayzerslautern"ə keçidi, təəssüratları və hədəfləri barədə danışdı

Azərbaycan millisinin və Almaniyanın "Kayzerslautern" klubunun futbolçusu Mahir Emrelinin "Report"a müsahibəsi

 

- İlk olaraq "Kayzerslautern"ə keçidinizlə bağlı fikirlərinizi almaq istərdik. İlkin təəssüratlarınız necədir?

- Burada ilk günlərim həqiqətən çox gözəl keçir. Komandada yavaş-yavaş oyunçulara uyğunlaşmağa çalışıram. Bu komandaya gəldiyim üçün xoşbəxtəm. Stadionda bir daha oyuna çıxmaq üçün səbirsizlənirəm. Məncə, dünyanın ən gözəl və maraqlı atmosferlərindən biridir. Bu arenada oynamaq hər futbolçuya həzz verir və işini daha da sevdirir.

 

- Bir çox təkliflərinizin olduğunu bilirik. "Kayzerslautern"i seçməyinizdə əsas səbəb nə oldu?

- Onlar məni heyətlərinə qatmaq üçün daha çox çalışdılar, səy göstərdilər. Hərtərəfli məni razı sala bildilər. Mən də düşündüm ki, bu kluba keçidim daha doğru addım olacaq.

 

- Kollektivə uyğunlaşmaq sizin üçün çətin olmur?

- Hələlik heyətdə yeniyəm. Futbolçuları yavaş-yavaş tanıyıram. Amma hamı burada canayaxındır. Şəhər də kiçik olduğu üçün klubun içində ailə abu-havası var. Düşünürəm ki, zaman keçdikcə daha da çox uyğunlaşa biləcəyəm.

 

- Artıq komandada iki yoxlama oyununda qol vurmusunuz. Bu barədə nə deyə bilərsiniz?

- Oyunlarda fərqlənsək də, tam optimal formadan uzağıq. Gəldiyim gündən cəmi iki məşqə çıxmışdım. Daha sonra yoxlama matçları oynadıq. Çatışmazlıqlar hiss olunur. Amma mövsümün başlamasına 5-6 həftə var. Bu zaman ərzində tam formanı bərpa edəcəyik və daha yaxşı oyun sərgiləyəcəyik. Qol vurmaq motivasiya üçün önəmlidir. İndiki məqamda diqqət yetiriləsi başqa amillər var və onlara köklənmək lazımdır.

 

- Komandanızın növbəti mövsüm üçün hədəfləri nədir?

- "Kayzerslautern" hər zaman daha yaxşı nəticələr qazanmaq istəyir. Ümid edirik ki, Bundesliqaya vəsiqə qazanacağıq. Hədəfimiz budur. Amma dediyim kimi, II Bundesliqa gözlənilməz turnirdir. Necə olacağını indidən demək olmaz. Oyundan-oyuna qalibiyyətlər əldə etməyə çalışacağıq. Komandanın Bundesliqaya yüksəlməsi üçün əlimizdən gələnin ən yaxşısını etmək istəyirik.

 

- Artıq II Bundesliqa təcrübəniz var. Ötən mövsüm "Nurnberq"də 11 qola imza atdınız. Bu dəfə sizi bombardirlər sırasında görə biləcəyik?

- Əsas Bundesliqaya vəsiqə qazansaq, daha yaxşı olar, nəinki mənim bombardirlər siyahısında yer almağım. Amma niyə də yox? Liqanı tanıyıram, uyğunlaşmışam. Yeni komandadayam və artıq bura köklənmək vaxtıdır. Bombardirlikdən çox komandama necə faydalı ola biləcəyimi fikirləşirəm.

Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 21:09

Azərbaycan parataekvondo millisi Ankaradakı təlim-məşq toplanışını başa vurub

Futbol
Bu gün, 20:51

Rəşad Sadıqov: Yoxlama Oyunlarında Nəticə Önəmli Deyil, Səhvləri Görmək Əsasdır

Futbol
Bu gün, 20:34

Qurban Qurbanov: "Bəzi səhvlərimiz oldu, bu da gözlənilən idi, hazırlıq durumu hələ qaydasında deyil."

Futbol
Bu gün, 20:27

"Liverpul" Trey Nioni ilə müqavilə müddətini uzadıb

Futbol
Bu gün, 20:24

Rəşad Sadıqov: Yoxlama oyunlarındakı zəif çıxışlar problem deyil, əsas səhvləri görməkdir

Futbol
Bu gün, 20:18

"Səbail"in Premyer Liqaya qayıdış hədəfi: Büdcə və transfer planları

Futbol
Bu gün, 20:14

Qurban Qurbanov: "Zirə" ilə oyunda qəbuledilməz səhvlər etdik

Futbol
Bu gün, 20:11

"Qarabağ" "Zirə"ni 4:0 hesabı ilə məğlub edib

Futbol
Bu gün, 20:00

Rafael Utsiqi "Zirə"dəki İntizamsızlığına Görə Cərimələnəcək

Futbol
Bu gün, 19:50

"Qarabağ" "Zirə"ni darmadağın etdi: Yoxlama oyununda 4 cavabsız qol

Futbol
Bu gün, 19:46

Cud Bellinqemin sevgilisindən ad günü təbriki: "Mən səni çox sevirəm!"

Futbol
Bu gün, 19:42

"Qarabağ" "Zirə"ni yoxlama oyununda darmadağın edib

Basketbol
Bu gün, 19:28

Gənc Basketbol Hakimləri Üçün Təlimlərə Start Verilib

Futbol
Bu gün, 19:21

"Mançester Yunayted" karyerasını bitirən Conni Evansa vəzifə verib

Futbol
Bu gün, 18:59

"Sabah"ın rəqibi "Selye" "Everton"dan qapıçı transfer edib

Olimpiada
Bu gün, 18:59

Rostislav Pevtsov: Pontevedrada uzun məsafəli triatlon üzrə dünya çempionatında 9-cu yer

Futbol
Bu gün, 18:37

"Milan" Caka transferindən imtina etdi: Yüksək maaş tələbi səbəb oldu

Futbol
Bu gün, 18:29

"Atletiko" Sezar Aspilikueta ilə müqaviləni uzatmadı - RƏSMİ

Futbol
Bu gün, 18:28

Tomas Müllerin "Napoli"yə keçidi mümkündür

Tennis
Bu gün, 18:19

Emma Radukanu Uimbldon 2024-də: Britaniyalı tennisçinin çıxışı

Olimpiada
Bu gün, 18:16

Triatlon üzrə məşqçilər üçün I dərəcəli kurs başa çatdı: 16 məşqçi sertifikat alacaq

Futbol
Bu gün, 17:59

Renat Dadaşov "Radomyak"la yollarını ayırdı

Futbol
Bu gün, 17:52

"Kristal Palas"ın yetirməsi Kil Spens "Karvan"la müqavilə imzaladı

Futbol
Bu gün, 17:41

Françesko Farioli "Portu"nun baş məşqçisi olacaq

Oxşar xəbərlər