Mahir Emreli Almaniyanın "Kayzerslautern"də ilk məşqinə çıxıb. Sport24.az xəbər verir ki, "qırmızı şeytanlar" ötən mövsüm başa çatdıqdan sonra ilk dəfə dünən bir araya gəlib.
Mahirdən başqa kollektivə daha 4 transfer qoşulub.
Xatırladaq ki, Azərbaycan millisinin forvardı ikinci Bundesliqa klubu ilə 3 illik müqavilə imzalayıb.