"Arsenal" İngiltərə yığmasının üzvü Ebereçi Edə ilə maraqlanır.
İdman.biz xəbər verir ki, "Kristal Pelas"da çıxış edən futbolçunun sərbəst qalma qiyməti 68 milyon funtdur.
26 yaşlı hücumçu "Tottenhem"in transfer siyahısına daxildir. Hər iki London klubu Ezenin nümayəndələri ilkin danışıqlar aparıblar.
Qeyd edək ki, Ebereçi son mövsümdə Premyer Liqada 34 oyunda 8 qol vurub və 8 ötürmə verib. O, "Kristal Pelas"ın İngiltərə kubokunu qazanmasında böyük pay sahibi olub.
İdman.biz