İtaliya A Seriyasının 14-cü turu çərçivəsində "Latsio" evdə "Bolonya" ilə 1:1 hesablı heç-heçə edib.
İdman.Biz xəbər verir ki, ev sahiblərinin qolunu 38-ci dəqiqədə Qustav İsaksen vurub. Qonaqlarda isə iki dəqiqə sonra Yens Odqor hesabı bərabərləşdirib.
Roma təmsilçisi 79-cu dəqiqədə Mario Gilanın iki dəqiqə ərzində iki sarı vərəqə alaraq meydandan qovulmasından sonra oyunu azlıqda davam etdirib.
"Latsio" 19 xalla A Seriyasının turnir cədvəlində 10-cu pillədə qərarlaşıb. "Bolonya" isə 25 xalla 5-ci sıradadır.