top
Lamin Yamalın Barselonadakı yeni rolu: 10 nömrə mövqeyi Idman.biz
08 dekabr 2025, 00:35
- +

Lamin Yamalın "Barselona"dakı yeni rolu: 10 nömrə mövqeyi

"Barselona" klubu Lamin Yamalın oyununda "yeni bir versiyanın" ortaya çıxdığı qənaətinə gəlib. İspaniyanın "Marca" nəşrinin məlumatına görə, katalonlar gənc futbolçunun hücumameyilli yarımmüdafiəçi, yəni 10 nömrə mövqeyində oynaya bilməsindən xüsusilə məmnundurlar.

İdman.Biz xəbər verir ki, Lamin Yamal "Real Betis"lə oyunda ilk dəfə 10 nömrə mövqeyində meydana çıxıb və həm hücumda, həm də müdafiədə yüksək səviyyədə çıxış edib. Bu, baş məşqçi Hansi Flikin riskli qərarı idi, lakin Yamal özünü tam doğruldub.

La Masia yetirməsi həmin oyunda penalti zərbəsindən qol vurub, 44 ötürməni dəqiq yerinə yetirib və cəmi üç ötürmədə səhv edib. Bundan başqa, Yamal iki zərbənin qarşısını alıb, 85 dəfə topla təmasda olub və üç dəfə topu rəqibdən geri qazanıb. Qeyd olunur ki, onun performansını yalnız vurduğu penalti ilə ölçmək olmaz – ümumi oyuna təsiri çox yüksək olub.

Mənbə bildirir ki, Yamalın 10 nömrədə çıxış etməsi "Barselona"ya taktiki baxımdan əlavə üstünlük yaradır. Bu halda komanda sağ cinahda eyni vaxtda Runi Bardghini start heyətində meydana buraxa bilir.

Hansi Flikin Lamin Yamalın yeni mövqedə çıxışını yüksək qiymətləndirdiyi və bu variantdan gələcək oyunlarda da istifadə etməyi planlaşdırdığı vurğulanır. Beləliklə, "Barselona" gənc ulduzunun imkanlarını daha geniş formada dəyərləndirməyə başlayıb.

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 13:30

Zamiq Əliyev “Eqnatiya”nın 2:1 qalibiyyəti üçün 90 dəqiqə meydanda

Futbol
Bu gün, 13:30

Zamiq Əliyev bütün 90 dəqiqəni sahədə keçirdi və 'Eqnatiya' 2:1 qələbə qazandı

Futbol
Bu gün, 13:30

Zamiq Əliyev Eqnatiyada 90 dəqiqə çıxaraq Skenderbeunu 2:1 məğlub etdi

Futbol
Bu gün, 13:30

Zamiq Əliyev 90 dəqiqə meydanda – Eqnatiya 2:1 Skenderbeu

Digər
Bu gün, 13:28

Bakıda “IRONMAN 70.3” triatlonunda xorvatiyalı Matey Jukiç birinci oldu - FOTO/VİDEO

Futbol
Bu gün, 13:10

Argentina əsilli Marcelo Galyardo, Ekvador millisinin yeni baş məşqçisi seçildi

Futbol
Bu gün, 13:10

Argentinalı məşqçi Marcelo Gallardo Ekvador millisinin yeni baş məşqçisi olacaq

Futbol
Bu gün, 13:10

Argentinalı məşqçi Marcelo Gallardo, Ekvador millisinin yeni baş məşqçisi seçildi

Basketbol
Bu gün, 13:00

Neftçi SOCAR 3x3 basketbol komandası FIBA Qadınlar Seriyası mövsüm finalına çıxır

Futbol
Bu gün, 12:50

Ukraynalı qapıçı Anatoli Trubin Benfikada qalacaq

Futbol
Bu gün, 12:50

Ukraynalı qapıçı Anatoli Trubin Benfikada qalır

Futbol
Bu gün, 12:50

Anatoli Trubin Benfica klubunda qalacaq

Futbol
Bu gün, 12:30

Qaziantep FK‑nin yeni baş məşqçisi Orhan Aka təyin edildi

Futbol
Bu gün, 12:30

Qaziantep Super Liqa klubunun yeni baş məşqçisi Orhan Aka

Futbol
Bu gün, 12:30

Qaziantep FK-nın yeni baş məşqçisi Orhan Aka təyin olundu

Futbol
Bu gün, 12:30

Qaziantep FK-nın yeni baş məşqçisi Orhan Aka təyin olundu

Futbol
Bu gün, 12:09

“İsnik Alimi “Qəbələ”nin sabiq futbolçusu olaraq Azərbaycana qayıda bilər”

Digər
Bu gün, 11:29

Paris UFC gecəsində Bakı vaxtı ilə döyüşlərin tam cədvəli

Futbol
Bu gün, 10:30

“Sabah” UEFA Çempionlar Liqasının ev oyunlarını Bakı Olimpiya Stadionunda keçirəcək

Futbol
Bu gün, 10:29

Neftçi - Şəfa: Dördüncü turda Palms Sports Arena’da 20:30’da görüş

Futbol
Bu gün, 10:29

Neftçi – Şəfa matçı Palms Sports Arena’da, saat 20:30‑da başlayacaq

Futbol
Bu gün, 10:29

Neftçi – Şəfa matçı Palms Sports Arena’da 20:30‑da keçiriləcək

Futbol
Bu gün, 10:29

Neftçi – Şəfa qarşılaşması Palms Sports Arena’da saat 20:30‑da

Futbol
Bu gün, 10:29

Neftçi – Şəfa arasında 5 Sentyabr, 20:30‑da Palms Sports Arena’da dördüncü tur qarşılaşması

Oxşar xəbərlər