Lamin Yamalın "Barselona"nın heyətində növbəti mövsümdə geyinəcəyi formanın nömrəsi bəlli olub.
İdman.biz xəbər verir ki, gənc ulduz 10 nömrəli maykada çıxış edəcək.
Ansu Fatinin "Monako" keçidindən sonra Yamal bu şansı əldə edib. Lamin həm də Lionel Messinin "Barsa"da keçdiyi yol davam etdirib. O, argentinalı ulduzun kimi əvvəlcə 19 nömrəli formanı geyinib, sonra 10 nömrəyə layiq görülüb.
Qeyd edək ki, Messi 2008-2021-ci illərdə "Barsa"nın 10 nömrəsi olub. Yamal 2024/2025 mövsümündə komandanın heyətində 55 matçda 18 qol və 25 ötürmə ilə yadda qalıb.
İdman.biz