Futbol üzrə Azərbaycan çempionatının 1-ci Liqasında çıxış edən "Mingəçevir" yeni transferini açıqlayıb.
İdman.biz xəbər verir ki, komanda Rüstəm Nuriyevi heyətinə qatıb.
Müdafiəçi mövqeyində çıxış edən Rüstəmlə 1+1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Nuriyev ötən mövsümü "Zaqatala"nın heyətində keçirib.
İdman.biz