"Kocaelispor" futbolçusu Serdar Dursunla yollarını ayırıb. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Açıqlamada 34 yaşlı hücumçuya komandadakı xidmətlərinə görə təşəkkür edilib:
"Futbolçumuz Serdar Dursuna formamız altında verdiyi əməyə görə təşəkkür edirik. Yeni yolçuluğunda uğurlar səninlə olsun, Serdar!"
Qeyd edək ki, Serdar Dursun 2025/2026 mövsümündə "Kocaelispor"un heyətində Super Liqada 25 oyuna çıxıb və 6 qol vurub.