top
Kevin Medina: Çempionlar Liqasının əsas mərhələsinə bu dəfə daha yaxınıq Idman.biz
14 avqust 2025, 11:18
- +

Kevin Medina: Çempionlar Liqasının əsas mərhələsinə bu dəfə daha yaxınıq

"Şkendiya" ilə matça ciddi hazırlaşmışdıq. Həqiqətən də, yaxşı qələbə oldu, yaxşı mübarizə apardıq. Rəqib də yaxşı komanda idi, onlar uğurlu nəticə əldə etmək istəyirdilər. Lakin bizdə hər şey uğurlu alındı. Həftə ərzində işlədiyimizi meydanda göstərə bildik. Qələbəyə görə çox məmnunam və çox sevincliyəm".

İdman.biz xəbər verir ki, bu sözləri Sportal.az saytına açıqlamasında "Qarabağ"ın müdafiəçisi Kevin Medina deyib.

O, komandasının Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Şkendiya"nı Bakıda 5:1 məğlub edərək, pley-offa vəsiqə qazanmasına münasibət bildirib: "Bu mərhələdə asan rəqiblər olmur. Sadəcə biz baş məşqçinin tapşırıqlarını düzgün yerinə yetirdik. Ona görə də hər şey bizdə rahat alındı. Sonda da istədiyimiz nəticəni əldə edə bildik. Biz öz işimizə, öz oyunumuza fokuslanmışıq. Qarşıdakı matçlarda da ən yaxşısı üçün çalışacağıq. Əlbəttə ki, Çempionlar Liqasında əsas mərhələyə qalmaq istəyirik. Hər il çalışırıq ki, bu istəyimizə nail olaq. Artıq bunun bir addımlığındayıq. Bilirəm ki, azarkeşlərimiz də bizdən bu nailiyyəti gözləyir. Ümid edirəm ki, bu dəfə alınacaq.

Mənə elə gəlir ki, hər mövsüm ÇL-in əsas mərhələsinə düşməyə yaxın oluruq. Şanslarımız da olur. Sadəcə fokuslanmaq lazımdır, işimizə köklənməliyik. Qismət nədirsə, o da olacaq. Biz sonuna qədər mübarizəmizi aparacağıq".

Qeyd edək ki, "Qarabağ"la "Ferentsvaroş" UEFA Çempionlar Liqasının pley-off mərhələsində üz-üzə gələcək. İlk oyun avqustun 19-da Budapeştdə, ikinci matç isə avqustun 27-də Bakıda təşkil olunacaq.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Dünən, 12:00

MOİK‑in yeni transferi Yusif Nəbiyev məşq zamanı zədələndi

Futbol
Dünən, 11:51

Mateuş Koxalski Azərbaycanı tərk etdi, Polşaya qayıdır

Futbol
Dünən, 10:40

“Sabah” 25-ci böyükhesablı qələbəsini alaraq 11-ci komandaya çevrildi

Futbol
Dünən, 10:28

“Sabah” Premyer Liqada 25-ci böyükhesablı qələbəsini qazandı

Futbol
Dünən, 10:20

Amerikalı hücumçunun Səudiyyə Pro Liqasına keçidi üçün imkan yarandı

Futbol
Dünən, 10:20

Monakodakı hücumçunun karyerası Səudiyyə Pro Liqasında davam edə bilər

Futbol
Dünən, 10:20

Monako hücumçusu Folarin Balogun Səudiyyə Pro Liqasına keçə bilər

Futbol
Dünən, 09:40

Fabian Ruis “Qızıl Top” mükafatına layiq olduğunu iddia edir

Futbol
Dünən, 06:23

Erlinq Holand: “Mançester Siti” yenidənqurma mərhələsindədir, transfer pəncərəsi fantastik keçdi

Futbol
Dünən, 03:30

“Milan” Zlatan İbrahimoviçlə əməkdaşlığı bitirmək niyyətindədir

Futbol
Dünən, 02:23

Manchester United baş məşqçisi Maykl Kerrik: Evertonla 2:2 dəyən oyun bizi məyus etdi

Futbol
Dünən, 02:23

Maykl Kerrik: Everton ilə 2-2 dəyən oyunda işi tamamlaya bilmədik

Futbol
Dünən, 02:23

Manchester United baş məşqçisi Michael Kerrick: “Qalib gəlmək üçün işimizi tamamlaya bilmədik”

Futbol
Dünən, 01:55

“Fiorentina” klubu Fabio Qrosso ilə əməkdaşlığı dayandırdı

Futbol
Dünən, 01:55

“Fiorentina” futbol klubu Fabio Qrossonu vəzifəsindən azad etdi

Futbol
Dünən, 01:55

“Fiorentina” futbol klubu Fabio Qrossonu vəzifəsindən azad etdi

Futbol
Dünən, 01:55

“Fiorentina” futbol klubu Fabio Qrossonu işdən çıxardı

Futbol
Dünən, 01:31

Hansi-Diter Flik: “Valensiya qarşısında 5-0 qalibiyyət bizim nəzarətimizdə idi”

Futbol
Dünən, 00:28

Xabi Alonso: Arsenal’a 1:2 məğlubiyyəti bizi kədərləndirdi

Futbol
Dünən, 00:15

Qarabağ – Araz‑Naxçıvan matçının (3:2) video icmalı

Futbol
Dünən, 00:15

Qarabağ - Araz-Naxçıvan matçının video icmalı (3:2)

Qarabağ FK
Dünən, 00:15

Qarabağ - Araz-Naxçıvan matçının 3:2 qalibiyyəti video icmalı

Futbol
Dünən, 00:15

Qarabağ – Araz‑Naxçıvan matçının video icmalı (3:2)

Digər
Dünən, 00:15

Kanadalı dağ qaçışı idmançısı Matterhornda rekord cəhdinə hazırlaşarkən itkin düşdü

Oxşar xəbərlər