Bu gün Azərbaycan Premyer Liqasında XXXIII tura start veriləcək.
İdman.biz xəbər verir ki, ilk oyun günündə iki matç baş tutacaq.
İkinci pillənin şərikləri "Sumqayıt" və "Neftçi" səfərdə sınağa çıxacaq. Samir Abasovun komandası "Kəpəz"in qonağı olacaq. Bakı klubu isə "Qarabağ"la Azərbaycan derbisində xal qazanmağa çalışacaq.
Qeyd edək ki, tura mayın 6-da yekun vurulacaq.
Azərbaycan Premyer Liqası
XXXIII tur
4 may (şənbə)
16:30. "Kəpəz" – "Sumqayıt"
Baş hakim: Tural Qurbanov
"Kəpəz": 96. İqor Rodriqes, 10. Tural Rzayev, 7. Ehtiram Şahverdiyev, 14. Elçin Əlicanov, 8. Elmir Tağıyev, 33. Camal Cəfərov, 26. Adama Niane, 91. Latir Fal, 78. Yeqor Xvalko (k), 24. Olavale Onanuqa, 21. Martins Junior
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 18. Elgün Bayramov, 3. Vurğun Hüseynov, 99. Əli Səmədov, 88. Şakir Seyidov, 47. Ədilxan Qarəhmədov, 20. Mahir Həsənov, 6. Nemət Musayev, 22. Rüfət Əhmədov, 15. Cavad Kərimov, 13. Fərid Kələntərov
Baş məşqçi: Adil Şükürov
"Sumqayıt": 1. Mehdi Cənnətov, 6. Vüqar Mustafayev (k), 14. Elvin Bədəlov, 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 19. Roi Kehat, 12. Abu Dosso, 4. İsa Suliman, 9. Erik Sorqa, 71. Masaki Murata
Ehtiyat oyunçular: 36. Xəyal Fərzullayev, 32. Murad Ağamalıyev, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 11. Kasimir Ninqa, 58. Oktavio Manteka, 10. Kamran Aliev, 23. Cordan Rezabala, 60. Tresor Mossi
Baş məşqçi: Samir Abasov
Tovuz şəhər stadionu
19:30. "Qarabağ" – "Neftçi"
Baş hakim: İnqilab Məmmədov
"Azersun Arena"
1 | Qarabağ | 32 | 23 | 4 | 5 | 85-32 | 73 |
2 | Sumqayıt | 32 | 13 | 11 | 8 | 33-34 | 50 |
3 | Neftçi | 32 | 14 | 8 | 10 | 43-33 | 50 |
4 | Zirə | 32 | 13 | 10 | 9 | 29-20 | 49 |
5 | Sabah | 32 | 14 | 7 | 11 | 46-38 | 49 |
6 | Səbail | 32 | 11 | 9 | 12 | 47-51 | 42 |
7 | Turan Tovuz | 32 | 11 | 9 | 12 | 47-47 | 42 |
8 | Araz-Naxçıvan | 32 | 9 | 8 | 15 | 29-44 | 35 |
9 | Kəpəz | 32 | 9 | 7 | 16 | 37-59 | 34 |
10 | Qəbələ | 32 | 4 | 5 | 23 | 23-61 | 17 |
Bombardir: Olavio Juninyo ("Qarabağ") - 17 qol
İdman.biz