Misli Premyer Liqasında II turun oyunları davam edir. Sport24.az xəbər verir ki, ikinci oyun günündə bir oyun keçiriləcək.
"Kəpəz" Qəbələdə "Karvan-Yevlax"ı qəbul edir.
İlk turda böyük hesabla məğlub olan "sarı-göylər" aktivində 1 xal olan Yevlax təmsilçisini məğlub edib, azarkeşlərini sevindirməyə çalışacaq. Ancaq nominal qonaqların da heş də asan təslim olmayacağı ilk turda göründü.
Qeyd edək ki, 2-ci oyun həftəsi çərçivəsində dünən iki matç baş tutub. "Neftçi" səfərdə "İmişli" ilə qolsuz bərabərə qalıb. "Qarabağ" isə "doğma divarlar" arasında "Sumqayıt"a minimal hesabla məğlub olub - 0:1.
Misli Premyer Liqası
I dövrə, II tur
19:00. "Kəpəz" - "Karvan-Yevlax" 0:1 (Birinci hissə)
Qol: Coy-Slayd Mikels 38(p)
Hakimlər: Əli Əliyev, Rahil Ramazanov, Tərlan Talıbzadə, Rəvan Həmzəzadə
VAR: Kamal Umudlu
AVAR: Eyyub İbrahimov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: İlham Əliyev
Qəbələ. Şəhər stadionu.
"Kəpəz": 1. Kaçper Rosa, 7. Ehtiram Şahverdiyev, 77. Fərid Nəbiyev, 88. Şakir Seyidov, 9. Luis Paçu, 24. Olavale Onanuqa, 12. Mahamadu Ba (k), 19. Otar Aptsiauri, 55. Kresus Donqo, 38. Cefferson Bentu, 6. Pedro Qomeş
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov, 81. Elgün Bayramov, 27. Məqsəd İsayev, 99. Əli Səmədov, 17. Ümid Səmədov, 15. Raul Məmmədov, 20. Elcan Əbilov, 23. Fərid Kələntərov, 66. Arzu Atakişiyev, 11. Vitor Feijao
Baş məşqçi: Adil Şükürov.
"Karvan": 99. Pedro Mateuş, 32. Elvin Yunuszadə (k), 6. Vadim Abdullayev, 20. Coy Sleyd Mikels, 2. Şakil Sno, 37. Mois Nqvisani, 19. Tompson Qavi, 3. Said İranxan, 8. Peter Kinqs, 10. Samuel Durrant, 4. Olavale Doyeni
Ehtiyat oyunçular: 1. Kamran İbrahimov, 25. Əmrah Bulud, 15. Rəhman Şabanov, 33. Eltun Turabov, 42. İbrahim Qədirzadə, 18. Süleyman Əhmədov, 13. Vüsal Məsimov, 22. Qabil Əlizadə, 14. Uğur Cahangirov, 77. Əli Abdullayev, 11. Kayl Spens, 21. İmani Barker
Baş məşqçi: Azər Həşimov.