top
Karvan-Yevlax - Kəpəz Matçı: Turnir Cədvəlindəki Əhəmiyyətli Qarşılaşma Sport24.az
10 aprel 2026, 16:16
- +

"Karvan-Yevlax" - "Kəpəz" Matçı: Turnir Cədvəlindəki Əhəmiyyətli Qarşılaşma

Bu gün keçiriləcək bir oyunla Misli Premyer liqasında 27-ci tura start veriləcək. Sport24.az xəbər verir ki, günün yeganə matçı Yevlaxda baş tutacaq.

 

"Karvan-Yevlax" doğma meydanda "Kəpəz"i qəbul edir. Turnir cədvəlinin aşağı pillələrində qərarlaşan hər iki komanda üçün bu qarşılaşma sadəcə növbəti oyun deyil – bu, mövsümün taleyini müəyyən edə biləcək prinsipial matçdır. 

 

Komandalar arasında son görüş Gəncə təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Bu nəticə "Kəpəz"ə müəyyən psixoloji üstünlük qazandırsa da, Yevlaxda keçiriləcək oyun tam fərqli ssenari ilə yadda qala bilər.

 

Hazırda "sarı-göylər" 21 xalla turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb. Meydan sahibləri isə 8 xalla sonuncu – 12-ci pillədə yer alır. Bu fərqə baxmayaraq, meydan amili və azarkeş dəstəyi ev sahibi üçün əlavə motivasiya mənbəyi ola bilər. 

 

"Qəbələ"nin cəmi 2 xal geridə olması Azər Bağırovun komandasının üzərində ciddi təzyiq yaradır. Bu səbəbdən Gəncə klubu üçün bu səfər oyunu həyati əhəmiyyət daşıyır və xal itkisi onların mövqeyini daha da risk altına sala bilər.

 

Qeyd edək ki, turun digər görüşləri sabah və bazar günü keçiriləcək.

 

Misli Premyer Liqası

III dövrə, XXVII tur

15:30. "Karvan-Yevlax" - "Kəpəz" 2:0 (Birinci hissə)

Qol: R.Rüstəmli, 38; 45+1

Hakimlər: Nicat İsmayıllı, Zeynal Zeynalov, Gülnurə Əkbərzadə, Ruslan Quliyev
VAR: Emin Əliyev
AVAR: Elçin Məsiyev
Hakim-inspektor: Ramil Diniyev 
AFFA nümayəndəsi: Novruz Əzimov
Yevlax. Şəhər stadionu.

 

"Karvan-Yevlax": 99. Pedro Mateuş 6. Vadim Abdullayev (k) 33. Eltun Turabov 13. Vüsal Məsimov 14. Uğur Cahangirov 16. Rauf Rüstəmli 5. Emin Rüstəmov 20. Coy Sleyd Mikels 2. Şakil Sno 11. Kayl Spens 21. İmani Barker

Ehtiyat oyunçular: 1. Kamran İbrahimov 25. Əmrah Bulud 17. Samir Abdullayev 37. Mois Nqvisani 19. Tompson Qavi 8. Peter Kings 10. Samuel Durrant 4. Olavale Doyeni

Baş məşqçi: Füzuli Məmmədov

"Kəpəz": 33. Yusif İmanov 7. Ehtiram Şahverdiyev 77. Fərid Nəbiyev 88. Şakir Seyidov 11. Rəhman Hacıyev 6. Camal Cəfərov 9. Luis Paçu 24. Olavale Onanuqa 12. Mahamadu Ba (k) 14. Adama Fofana 4. Mate Abuladze

Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov 81. Elgün Bayramov 99. Əli Səmədov 5. Rauf Hüseynli 17. Ümid Səmədov 20. Elcan Əbilov 23. Fərid Kələntərov 66. Arzu Atakişiyev 21. Sadiq Şəfiyev 80. Şahnur İsmayılov 57. Amur Yusifov 10. Ryonosuke Ohori

Baş məşqçi: Azər Bağırov

Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 05:43

Ekvador Futbol Federasiyası Meksika ilə oyundan əvvəl baş verən hadisələrlə bağlı FİFA-ya şikayət edib

Futbol
Bu gün, 05:13

İsmael Bennaser “Milan”ı tərk edəcək

Futbol
Bu gün, 04:42

DÇ-2026-nın ən yaxşı 50 futbolçusu

Basketbol
Bu gün, 04:11

Minnesota Timbervulvz Lebron Ceymsə cəsarətli təklif edib

Futbol
Bu gün, 03:53

Kilian Mbappe Paraqvay oyunçusunu təhqir edib

Futbol
Bu gün, 03:26

İspaniya - Portuqaliya: Oyarsabaldan rəqibə hörmət və inam

Futbol
Bu gün, 03:07

DÇ-2026: Fransa Paraqvaya qalib gəlib

Futbol
Bu gün, 02:46

Mərakeş dünya çempionatlarında Afrika komandalarına rekord nəticə göstərib

Futbol
Bu gün, 02:34

DÇ-2026: Fransa Paraqvaya qarşı hesab açıb

Futbol
Bu gün, 02:09

Fransa - Paraqvay matçının hesabatı: 0:0

Futbol
Bu gün, 01:52

Fransa - Paraqvay matçının hesabatı

Futbol
Bu gün, 01:46

Mərakeş mundialın pley-offunda 3 qol vuran ilk Afrika komandası olub

Futbol
Bu gün, 01:27

Mərakeş Kanadaya qalib gəlib: Baş məşqçi Uabi qələbənin sirlərini açıqlayıb

Güləş
Bu gün, 01:07

Neftçi klubu Dünya Qadın Seriyasında reytinqdə ilk sıraya yüksəlib

Futbol
Bu gün, 00:45

Paraqvay və Fransa arasında oyun öncəsi stadionda 50°C istilik qeydə alınıb

Futbol
Bu gün, 00:25

Kanada millisinin baş məşqçisi Mərakeşə məğlubiyyətdən sonra açıqlama verib

Futbol
Bu gün, 00:08

Kanada DÇ-2026-nı tərk edən ilk ev sahibi ölkə oldu

Futbol
Dünən, 23:38

Paraqvay baş məşqçisi: “Fransa ilə oyunda tarix yazmağa davam etmək istəyirik”

Futbol
Dünən, 23:20

Vozinya Messi ilə söhbətini danışdı

Futbol
Dünən, 23:04

Mərakeş Kanadanı məğlub edib 1/4 finala yüksəldi

Futbol
Dünən, 22:51

DÇ-2026: Kanada - Mərakeş 0:2

Futbol
Dünən, 22:45

Tunis millisinin baş məşqçisi 2026-cı il dünya çempionatından sonra istefa verdi

Futbol
Dünən, 22:21

Turan Tovuz" rus qapıçını transfer edib

Futbol
Dünən, 22:19

DÇ-2026: Kanada - Mərakeş 0:1

Oxşar xəbərlər