Hər il mövsümöncəsi təşkil olunan Joan Qamper kuboku uğrunda "Barselona" bu dəfə İtaliyanın "Komo" klubu ilə qarşılaşır.
İdman.biz xəbər verir ki, matç Barselonada Yohan Kroyff adına stadionda keçirilir.
Ötən mövsüm "Komo" A Seriyasını 10-cu pillədə başa vurub.
Joan Qamper kuboku
10 avqust
23:00. "Barselona" (İspaniya) - "Komo" (İtaliya) 0:0
Qeyd edək ki, Joan Qamper katalon klubunun yaradıcısıdır. Turnir 1966-cı ildən bəri təşkil edilir. Bu il turnir 60-cı dəfə keçiriləcək. "Blauqrana" bu kuboku 46 dəfə qazanıb. Turnirin son qalibi "Monako" olub. Liqa 1 təmsilçisi ötən il "Barselona"nı 3:0 hesabı ilə məğlub edib.
İdman.biz