Yeni mövsümə hazırlaşan Dortmund "Borussiya"sı və "Yuventus" yoxlama oyununda qüvvələrini sınayıblar.
İdman.biz xəbər verir ki, Dortmundda keçirilən və 81365 tamaşaçının izlədiyi oyun İtaliya klubunun 2:1 hesablı qələbəsi ilə bitib.
"Yuventus"un heyətində Andrea Kambiazo dubl edib.
Digər yoxlama oyunlarının nəticələri:
"Atalanta" (İtaliya) - "Opatiya" (Xorvatiya) 3:3
"Napoli" (İtaliya) - "Sorrento" (İtaliya) 4:0
"Aarau" (İsveçrə) - "Əl-Hilal" (Səudiyyə Ərəbistanı) 0:6
"Sanderlend" (İngiltərə) - "Rayo Valyekano" (İspaniya) 0:3
İdman.biz