İtaliya təmsilçisi "İnter" xorvatiyalı futbolçunun keçidini açıqlayıb.
"Report" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Milan kollektivi "Dinamo"da (Zaqreb, Xorvatiya) çıxış edən Petar Suçiçi heyətinə qatıb.
21 yaşlı futbolçunun keçidi "İnter"ə 14 milyon avroya başa gəlib.
Qeyd edək ki, Suçiç ötən mövsüm "Dinamo"nun heyətində 32 oyuna 7 qol vurub.