"Sauthempton"un vingeri Tayler Diblinq "Everton"la müqavilə imzalayıb. Sport24.az xəbər verir ki, bu barədə ingilis klubunun rəsmi saytı məlumat paylaşıb.
19 yaşlı futbolçu ilə müqavilə 2029-cu ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" portalı müqavilənin dəyərini 40,5 milyon avro qiymətləndirir.
Qeyd edək ki, Diblinq 2024/25 mövsümündə "Sauthempton"da 38 oyun keçirib, 4 qol vurub və 3 məhsuldar ötürmə verib.