Serbiyalı futbolçu Duşan Vlahoviç "Yuventus"dan ayrılacaq. Sport24.az xəbər verir ki, bu barədə klubun direktoru Corco Kyellini yerli mətbuata açıqlamasında deyib.
O, Vlahoviçin yüksək maaş istədiyini və bunu qarşılaya bilməyəcəklərini bildirib.
Serb hücumçu 2022-ci ildən "Yuventus"da çıxış edirdi. O, azad agent kimi klubdan ayrılacaq.
Vlahoviç başa çatan mövsümdə A Seriyasında 19 oyunda 7 qol vurub.