Yaponiya millisi fərqi darmadağın həddinə çatdırdı. Ayase Ueda 83-cü dqiqədə dublunu rəsmiləşdirdi - 0:4.
09:35
Oyunun ikinci hissəsinə də fəal başlayan Yaponiya millisi 69-cu dəqiqədə Junya İtonun qolu ilə hesab arasındakı fərqi üç topa çatdırıb - 0:3.
08:54
Futbol üzrə DÇ-2026-nın F qrupunda Tunis və Yaponiya yığmaları üz-üzə gəlib.
İdman.Biz xəbər verir ki, qarşılaşmanın ilk hissəsi Yaponiya millisinin 2:0 hesablı üstünlüyü ilə başa çatıb.
Asiya təmsilçisi oyuna daha fəal başlayıb və erkən qol vurub. Daiçi Kamada dördüncü dəqiqədə fərqlənərək Yaponiyanı hesabda önə keçirib. Bundan sonra Yaponiya hücumda fəallığını qoruyub. 31-ci dəqiqədə Ayase Ueda komandasının ikinci qolunu vurub.
Tunis millisi fasiləyə qədər oyunda tarazlıq yaratmağa çalışsa da, rəqib qapısı önündə real qol imkanı formalaşdırmaqda çətinlik çəkib.