FİFA oyunöncəsi mərasimlərinin formatında dəyişiklik edib. Sport24.az xəbər verir ki, bu barədə ali futbol qurumunun rəsmi saytı məlumat yayıb.
DÇ-2026-da komandalar milli himnlərinin səsləndirilməsi üçün ənənəvi xətboyu düzülməyəcəklər. Əvəzində, oyunçular mərkəzi dairə boyunca yarımdairə şəklində dayanacaqlar.
Hər oyun iştirakçı ölkələrin böyük bayraqlarının təqdimatı ilə qeyd olunacaq. Himnlərdən sonra oyunçular oyunöncəsi fotolar üçün düzüləcəklər və kapitanlar əl sıxacaq və sikkə atışı ilə topa kimin ilk toxunuş edəcəyini müəyyənləşdirəcəklər.
Qeyd edək ki, DÇ-2026-da ilk görüş iyunun 11-də Meksika və Cənubi Afrika arasında keçiriləcək.