Dünya çempionatında pley-off mərhələsinin oyunları davam edir. Sport24.az xəbər verir ki, bu gün raundun növbəti matçları baş tutacaq.
Günün birinci dueli Braziliya ilə Yaponiya arasında olacaq. Oyuna saat 21:00-da start veriləcək.
Almaniya yığması 1/8 finala vəsiqə uğrunda Paraqvayla üz-üzə gələcək. Görüş sabah saat 00:30-da başlayacaq.
Niderland milli komandası isə Mərakeşlə münasibətlərinə aydınlıq gətirəcək. Matç sabah saat 05:00-da start götürəcək.
DÇ-2026
Pley-off mərhələsi
29 iyun
21:00 Braziliya – Yaponiya 1:1
Qollar: Kazemiro, 55 – Sano, 29