Azərbaycan yığmasının futbolçusu Anton Krivotsyukun komandası Cənubi Koreya Liqa 1-də növbəti oyununu keçirib.
İdman.biz xəbər verir ki, "Daejon" 15-ci turda öz meydanında "Jeju" ilə qarşılaşıb.
Əvvəlki oyunda qırmızı vərəqə alan Anton bu görüşdə meydana çıxmayıb. Görüş qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Daejon" son 6 oyunda 2 dəfə heç-heçə oynayıb, 4 dəfə uduzub.
Qeyd edək ki, Krivotsyukun komandası 11 xalla sonuncu pillədə qərarlaşıb.
İdman.biz