"Sabah"ın futbolçusu Coy Lens Mikels Azərbaycan Premyer Liqasında 40-cı qolunu vurub. Sport24.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, 32 yaşlı almaniyalı legionerin yubileyi Misli Premyer Liqasının II turuna təsadüf edib.
"Şamaxı" ilə səfər görüşündə dubla imza atan Mikels ikinci qolu ilə "40"a çatıb. Ölkəmizdə yalnız bir klubda çıxış edən futbolçu 86-cı matçında buna nail olub.
Mikels turnirin tarixində 40 və daha çox qol vuran 68-ci futbolçudur. O, bunu bacaran legioner statuslu 9-cu oyunçudur.
Coy Lens Premyer Liqada eyni klubda 40 və daha çox qola sevinən 27-ci futbolçu kimi tarixə düşüb. O, Abdullah Zubir, Reynaldo Silva (hər ikisi "Qarabağ") və Fernando Peresdən ("Bakı") sonra eyni klubda ən azı bu qədər qol vuran 4-cü legionerdir.
Qeyd edək ki, "Sabah" səfərdə 2:1 hesablı qələbə qazanıb.