top
Ceyhun Sultanovdan Neftçidə yerli məşqçi riskləri və Abasovun gələcəyi barədə MÜSAHİBƏSİ Idman.biz
26 noyabr 2025, 12:00
- ↺ +

Ceyhun Sultanovdan "Neftçi"də yerli məşqçi riskləri və Abasovun gələcəyi barədə MÜSAHİBƏSİ

"Neftçi" klubunda baş verən hadisələr ölkə ictimaiyyətinin diqqət mərkəzindədir. Daimi məşqçi dəyişiklikləri, gözlənildiyi kimi, heç bir yaxşı nəticə vermədi. Elə indi də ölkə çempionatının XII turunun yekunlarına görə, "İmişli"yə 2:3 hesabıyla uduzandan sonra rəhbərliyin səbir kasası daşdı və "Flaqman" Samir Abasovla yollarını ayırdı.

İdman.Biz bu mövzuda klubun idman direktoru vəzifəsində çalışmış, tanınmış futbol mütəxəssisi Ceyhun Sultanovla danışmağı qərara alıb.

- "Neftçi" klubuna birbaşa aidiyyəti olmuş şəxs kimi sizcə, Samir Abasovdan sonra komandaya kim rəhbərlik etməlidir?
- Düz qeyd etdiniz - aidiyyəti olmuş. Yəni bu, keçmişdə qalıb. Əgər indi "Neftçi"yə aidiyyəti olan biri olsaydım, o zaman bu suala cavab verə bilərdim. Amma yollarımız klubla çoxdan ayrıldığı üçün mənim fikrim ən azı subyektiv olacaq və heç kimə maraqlı olmayacaq.

- Yenə də... Axı istənilən fikir elə onsuz da subyektivdir.
- Yaxşı, belə israr edirsinizsə, bir ad çəkim: istərdim ki, "Neftçi"yə Qvardiola rəhbərlik etsin (gülür).

- Subyektiv ola bilərsiniz, amma gəlin realist də olaq.
- Bax, görürsünüz - mən də deyirəm ki, mənim fikrim, necə ki, hər hansı digər futbol mütəxəssisinin fikri, maraqlı olmayacaq. Çünki biz klubun indiki rəhbərliyinə aid deyilik. Kimisə deyə bilərik, kimisə tövsiyə edə bilərik, amma qərarı yenə də "Neftçi" rəhbərliyi verəcək.

- Söhbətlər gəzir ki, istefaya göndərilən Samir Abasovun yerinə əcnəbi məşqçi dəvət olunacaq, hətta konkret ad da çəkilir. Sizcə, xalq komandası adlandırılan "Neftçi"yə əcnəbinin rəhbərlik etməsi düzgün addımdırmı?
- Məsələ ondadır ki, əcnəbinin belə xalq, amma eyni zamanda çox problemli bir komandaya rəhbərlik etməsi daha asan olacaq. Əcnəbi, hətta heç nə alınmasa belə, yaxşı halda özü gedəcək, pis halda - ona düşən kompensasiyanı götürüb gedəcək. Onun işdən çıxarılması barədə Avropada maksimum bir neçə gün danışacaqlar - bu kluba bütün hörmətimə rəğmən, "Neftçi" Avropa futbolunun diqqət mərkəzində olan klub deyil, heç bu gün "Qarabağ" kimi də deyil.

Amma kluba yerli mütəxəssis rəhbərlik etsə və sonra işdən çıxarılsa, bu, artıq sondur - hər yerdə və həmişə danışacaqlar ki, "Neftçi" onu qovdu, öhdəsindən gəlmədi, başqa sözlə desək, məsuliyyət yükünü daşıya bilmədi. Bu isə həmin məşqçinin imicinə ən güclü zərbə olacaq.

- Yəni onun məşqçi çəkisi və adı dəyərdən düşəcək?
- Mən elə deməzdim. O, yenə də güclü məşqçi olaraq qalacaq, çünki biliklərini ondan heç kim ala bilməz. Amma məşqçi reputasiyası zərər görəcək. Çünki bizim məşqçilərin böyük əksəriyyəti Azərbaycanda çalışır və eyni səviyyədə iş tapmaq ona daha çətin olacaq. Buna görə də "Neftçi"dən şəxsi dəvət alan hər bir yerli məşqçi yüz dəfə düşünməlidir: buna hazırdırmı, peşəkarlığını tam şəkildə göstərə biləcəkmi, bu yükün öhdəsindən gələcəkmi, onu əzməyəcəkmi?..

- Sizcə, indi Samir Abasovun iş tapması daha çətin olacaq?
- Şübhəsiz. Çünki ilk dəfə "Neftçi"dən ayrıldıqda klubu çempion etmişdi. İndi isə tam başqa şəraitdə gedir.

- Siz namizəd göstərmədinizsə, bəlkə mən deyim? Məsələn, vaxtilə klubu çempion edən Arif Əsədov. O da bu komandaya rəhbərlik edə bilər.
- Arif Əsədov, əlbəttə, "Neftçi"yə rəhbərlik etmək üçün olduqca layiqli namizəddir. Amma yenə də eyni sual ortaya çıxır - bu yükü daşıya biləcəkmi, öhdəsindən gələcəkmi? Əgər alınmasa, yuxarıda dediyim kimi, onun imicinə zərbə dəyəcək.

Vüqar Vüqarlı

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 10:45

Fənərbağçanın yeni baş məşqçi axtarışı: Aykut Kocaman və digər namizədlər gündəmdə

Voleybol
Bu gün, 10:25

Murov Az Terminal vs Gənclər: Super Liqa ikinci turu bu gün

Futbol
Bu gün, 10:20

Afrika Millətləri Kuboku 2027-ci ildə yenidən iki ildə bir keçiriləcək

Futbol
Bu gün, 10:14

Salahın oxşarı Trabzonsporda çıxdı

Futbol
Bu gün, 10:13

PSJ və Qalatasaray bugünkü səfər oyunlarına çıxır

Basketbol
Bu gün, 10:12

Azərbaycan Basketbol Liqasında V turun ilk oyunu bugün başlayacaq

Futbol
Bu gün, 10:06

İnter və Milan yeni Generali Stadionunu təqdim etdi – San-Siro söküləcək

Qarabağ FK
Bu gün, 10:00

Qarabağ, Braziliyalı Futbolçu Qustafo Assunção'ya təklif edir – Qalatasaray'da da oynayıb

Futbol
Bu gün, 09:50

2026 Dünya Çempionatı Qətərin 5x Gəlirindən Çox Gəlir Topladı

Futbol
Bu gün, 09:40

Harri Keyn: Cəngavər titulunun verilə biləcəyi barədə şərh edib

Minifutbol
Bu gün, 09:35

"Araz-Naxçıvan" UEFA Çempionlar Liqasının V qrupunda Polşanın Piast komandası ilə son oyunu oynayacaq

Cüdo
Bu gün, 09:28

Hidayət Heydərov və iki Azərbaycanlı cüdoçu 'Böyük Dəbilqə' turnirində mübarizəyə başlayır;

Futbol
Bu gün, 09:20

Trent Alexander-Arnold Liverpoolə qayıda bilər

Futbol
Bu gün, 09:08

Luis Enrike, Barcelona‑dan Gavi‑ni PSJ‑ə gətirmək istəyir

Futbol
Bu gün, 08:40

FİFA 2026 Dünya Çempionatından rekord 5 milyard dollar gəlir əldə etdi

Futbol
Bu gün, 08:20

La Liqada Oktyabr ayının məşqçisi mükafatına namizədlər açıqlanıb

Futbol
Bu gün, 08:13

Mançester Yunayted məşqçisi Maykl Karrik Bruno Fernandeni kapitan olaraq saxlayacağını bildirdi

Futbol
Bu gün, 08:00

İnтер və Milan Generali Stadium layihəsini ictimaiyyətə təqdim etdi

Futbol
Bu gün, 07:16

Barcelona, PSG və İngiltərə nəhəngləri Qalatasarayın yarımmüdafiəçisi Aleksey Batrakov üçün rəqabət aparır

Futbol
Bu gün, 06:18

“Yuventus”da baş məşqçi vəzifəsi üçün Deşam namizədlər arasındadır

Futbol
Bu gün, 05:07

Everton Cek Qrilişi intizam pozduğu üçün heyətdən çıxardı

Futbol
Bu gün, 04:57

Manchester United baş məşqçisi: Zəmanətə ehtiyacım yoxdur, məsuliyyəti tam başa düşürəm;

Futbol
Bu gün, 04:15

Çelsi 100 milyonluq transferdən imtina edib, Barselona’nın ulduzunu almaq məsləhət görüldü

Futbol
Bu gün, 03:14

Messi 2027-ci ildə Newell's Old Boysa qayıtmaq üçün transfer vaxtını müəyyən etdi

Oxşar xəbərlər