Azərbaycan millisinin sabiq futbolçusu Cavid İmamverdiyevin yeni klubu məlum olub. Sport24.az xəbər verir ki, yarımmüdafiəçi "Ağsu Siti" ilə müqavilə imzalayıb.
Bu barədə Region Liqası təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Son klubu "Zəngəzur" olan İmamverdiyev daha əvvəl "Neftçi", "Elazığspor" (Türkiyə), "Sumqayıt", "Sabah", "Keşlə" (indiki "Şamaxı"), "Kəpəz" kimi komandaların formasını geyinib.