top
Bundesliqa: Union Berlin Maynzı, Haydenhaym Kölnü, Hamburq isə Frayburqu səfərdə məğlub etdi Idman.biz
10 may 2026, 23:44
- +

Bundesliqa: "Union Berlin" "Maynz"ı, "Haydenhaym" "Köln"ü, "Hamburq" isə "Frayburq"u səfərdə məğlub etdi

Futbol üzrə Almaniya Bundesliqasının 33-cü turunda "Union Berlin" səfərdə "Maynz"a 3:1 hesabı ilə qalib gəlib.

İdman.Biz xəbər verir ki, qonaqlar 38-ci dəqiqədə hesabı açıblar. Alyoşa Kemlyaynın ötürməsindən sonra Andrey İliç fərqlənərək "Union Berlin"i önə keçirib. Fasiləyə qədər hesab dəyişməyib.

İkinci hissənin əvvəlində "Maynz" tarazlığı bərpa edib. 48-ci dəqiqədə Şeraldo Beker Paul Nebelin assistindən sonra topu tora göndərib. Lakin görüşün sonlarında Oliver Börk və Yosip Yuranoviçin qolları Berlin klubuna qələbə qazandırıb.

Bu nəticədən sonra "Maynz" 38 xalla Bundesliqanın turnir cədvəlində 10-cu pillədə qalıb. "Union Berlin" isə xalını 36-ya çatdıraraq 12-ci sıraya yüksəlib.

21:43

Futbol üzrə Almaniya Bundesliqasının 33-cü turunda "Haydenhaym" səfərdə "Köln"ə 3:1 hesabı ilə qalib gəlib.

İdman.Biz xəbər verir ki, görüşün əsas hadisələri ilk hissədə yaşanıb. Səkkizinci dəqiqədə Yan Şöppner Ariyon İbrahimoviçin ötürməsindən sonra qonaqları önə keçirib. "Köln" buna tez cavab verib və onuncu dəqiqədə Marius Bülter Tom Krausun assisti ilə hesabı bərabərləşdirib.

Buna baxmayaraq, "Haydenhaym" fasiləyə üstün yollanıb. 28-ci dəqiqədə Ariyon İbrahimoviç fərqlənərək komandasını yenidən hesabda irəli çıxarıb. 72-ci dəqiqədə isə Şöppner ikinci qolunu vuraraq görüşdə yekun nəticəni müəyyənləşdirib.

Bu qələbədən sonra "Haydenhaym" xalını 26-ya çatdırıb və sonuncu pillədən 17-ci yerə yüksəlib. "Köln" isə 32 xalla 14-cü sırada qalıb.

19:48

Futbol üzrə Almaniya Bundesliqasının 33-cü turunda "Hamburq" doğma meydanda "Frayburq"a 3:2 hesabı ilə qalib gəlib.

İdman.Biz xəbər verir ki, qarşılaşmada hesab 14-cü dəqiqədə açılıb. "Hamburq"un futbolçusu Beykeri Catta Albert Qrönbekin ötürməsindən sonra komandasını önə keçirib. Cəmi iki dəqiqə sonra İqor Matanoviç "Frayburq"un bərabərlik qolunu vurub.

İkinci hissədə meydan sahibləri yenidən üstünlüyü ələ alıblar. 64-cü dəqiqədə Luka Vuşkoviç, 67-ci dəqiqədə isə Fabio Balde fərqlənərək "Hamburq"un qələbəsini yaxınlaşdırıb.

"Frayburq" 87-ci dəqiqədə Matanoviçin ikinci qolu ilə fərqi azaltsa da, məğlubiyyətdən qaça bilməyib.

Bu nəticədən sonra "Hamburq" xalını 37-yə çatdırıb və turnir cədvəlində 11-ci pillədə qərarlaşıb. "Frayburq" isə 44 xalla yeddinci sıradadır.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 10:26

Çempionlar Liqası pley-off mərhələsinin püşkü atılacaq

Futbol
Bu gün, 10:02

Cud Bellinqem “Birminhem”ə qayıdışını baş_keçirib

Cüdo
Bu gün, 09:50

Asəf Çopurovun gələcəyi yenidən diqqət mərkəzinə düşüb

Futbol
Bu gün, 09:40

FİFA prezidentinin 30 milyon dollar maaş arzusu gerçəkləşmədi

Futbol
Bu gün, 09:20

Fənərbaxçanın Konfrans Liqasının ən yaxşı oyunçusu ilə maraqlı danışıqları

Futbol
Bu gün, 09:13

Mudrikin qayıdışına Xabi Alonso sevinib

Futbol
Bu gün, 08:40

İnter Mussa Diabinin transferi üçün Əl-İttihadla danışıqlara başladı

Tennis
Bu gün, 08:38

Venus Uilyams ardıcıl 10-cu məğlubiyyətini aldı

Futbol
Bu gün, 08:00

Braziliyada 15 yaşlı futbolçu yoldaşlıq oyunu zamanı güllələnib

Boks
Bu gün, 07:45

Ceyk Pol UFC döyüşçüsünü boksa çağırır

Futbol
Bu gün, 06:53

Komo azarkeşləri üçün sərt tələblər

Formula 1
Bu gün, 05:47

Toto Volff “Mercedes”in Mövsümün İkinci Yarısında Yeniliklər Planını Açıqlayıb

Futbol
Bu gün, 04:35

Rusiya Premyer Liqasında penaltiyə səbəb olan qeyri-adi səhv

Minifutbol
Bu gün, 03:45

"Marafon" futzol komandası yeni qapıçı ilə güclənib

Futbol
Bu gün, 01:48

Valentin Barko “Çelsi”yə keçdi

Futbol
Bu gün, 01:30

Lionel Messi dünya çempionatından sonra ilk rəsmi oyununa çıxıb

Qolf
Bu gün, 01:23

Donald Tramp öz qolf klubunda iki çempionluq qazandı

Futbol
Bu gün, 01:05

Yan Diomandenin “Real”a keçidi təhlükəyə düşdü

Futbol
Bu gün, 00:44

Argentinada bir dəqiqədə iki qeyri-adi qol

Digər
Bu gün, 00:06

Tofiq Musayev UFC-də parlaq qələbəsindən sonra Azərbaycana qayıdıb

Futbol
Bu gün, 00:05

"Qəbələ" Qətər klubuna qalib gəldi

Futbol
Dünən, 23:49

“Liverpul” Fikayo Tomori ilə maraqlanır

Futbol
Dünən, 23:28

Zidanın debütü ilə maraqlı oyun: Fransa-İtaliya matçı üçün biletlər satılıb

Futbol
Dünən, 23:12

Coi Verman doqquzuncu dəqiqədə qırmızı vərəqə alıb

Oxşar xəbərlər