Bu gün Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyunları keçiriləcək. Sport24.az xəbər verir ki, günün ilk qarşılaşması Qəbələdə keçiriləcək.
Rayonun eyniadlı təmsilçisi "Zirə"ni qonaq edəcək. Bu komandalar arasında 3 həftə əvvəl baş tutan görüş "qartallar"ın 2:1 hesablı qələbəsi ilə yekunlaşmışdı. Bəs bu gün kim sevincək?
Qeyd edək ki, "Qəbələ" ölkə kubokunun son qalibidi.
Azərbaycan Kuboku
½ final mərhələsi, cavab oyunun
17:30. "Qəbələ" – "Zirə"
İlk oyun 1:2