top
Azərbaycan Premyer Liqasının cari mövsümünün ən yaxşı oyunçusu müəyyənləşib Idman.biz
29 may 2025, 12:54
- +

Azərbaycan Premyer Liqasının cari mövsümünün ən yaxşı oyunçusu müəyyənləşib

Azərbaycan Premyer Liqasında 2024/2025 mövsümünün ən yaxşı futbolçusu müəyyənləşib.

İdman.biz xəbər verir ki, İdman Araşdırmalar Mərkəzinin "Teleqraf" agentliyinin informasiya dəstəyi ilə keçirdiyi sorğu nəticəsində "Qarabağ" klubunun portuqaliyalı yarımmüdafiəçisi Leandro Andrade bu ada layiq görülüb.

Səsvermədə bu mövsüm 10 iştirakçı komandanın heyətində Azərbaycan Premyer Liqasının oyunlarında çıxış etmiş futbolçulardan 195-i, eləcə də 10 baş məşqçidən 9-u olmaqla, ümumilikdə 204 respondent iştirak edib.

Onlardan 59-u Leandro Andradeyə səs verib.

"Zirə"nin Qvineya-Bisaudan olan hücumçusu Salifu Suma 52 səslə ikinci, Premyer Liqanı tərk edən "Səbail" komandasının yarımmüdafiəçisi Rüfət Abdullazadə 9 səslə üçüncü yeri tutub.

Səsvermədə "Qarabağ"ın 25, "Kəpəz"in 24, "Sabah"ın 23, "Səbail"in 22, "Neftçi"nin 19, "Zirə", "Turan Tovuz" və "Sumqayıt"ın hərəyə 17, "Araz-Naxçıvan"ın 16, "Şamaxı"nın 15 futbolçusu seçimini edib. Baş məşqçilərdən isə yalnız Kurban Berdıyev ("Turan Tovuz") qərar verməkdə çətinlik çəkdiyini bildirib.

Respondentlər ümumilikdə 40 futbolçuya səs veriblər.

İqor Ribeyro ("Araz-Naxçıvan") və Yassin Benzia ("Qarabağ") hərəyə 8, Emin Mahmudov ("Neftçi"), Marko Yankoviç ("Qarabağ") və Ruan Renato ("Zirə") hərəyə 5, Toral Bayramov ("Qarabağ") 4, Nəriman Axundzadə ("Qarabağ"), Abdullah Zubir ("Qarabağ") və Rza Cəfərov ("Neftçi") hərəyə 3, Cesse Sekidika ("Sabah"), Umarali Raxmonaliyev ("Sabah"), Davit Volkov ("Zirə"), Qismət Alıyev ("Zirə"), Edqar Adilxanov ("Şamaxı"), Rafael Məhərrəmli ("Şamaxı"), Elvin Cəfərquliyev ("Qarabağ"), Kristian Avram ("Araz-Naxçıvan"), Rauf Hüseynli ("Kəpəz"), Ağadadaş Salyanski ("Neftçi"), Əlirza Müştəbazadə ("Səbail"), Faiq Hacıyev ("Turan Tovuz"), hərəyə 2 səs alıb.

Məqsəd İsayev ("Zirə"), İssa Cibrila ("Zirə"), İsmayıl İbrahimli ("Zirə"), Anar Nəzirov ("Zirə"), Aydın Bayramov ("Zirə"), Coy-Lens Mikels ("Sabah"), Nicat Mehbalıyev ("Sabah"), Murad Xaçayev ("Sumqayıt"), Elvin Bədəlov ("Sumqayıt"), Leroy Mikels ("Şamaxı"), Rüfət Abbasov ("Şamaxı"), Rojerio Santos ("Kəpəz"), Denis Marandiçi ("Turan Tovuz"), Mateus Silva ("Qarabağ"), Hüseynəli Quliyev ("Səbail"), Urfan Abbasov ("Araz-Naxçıvan") hərəyə 1 səs qazanıb.

Qaydalara əsasən, rəyi soruşulanlar öz komandaları istisna olmaqla, digər 9 klubun futbolçuları arasında seçib ediblər.

Qeyd edək ki, mövsümün ən yaxşı futbolçusu İdman Araşdırmalar Mərkəzi tərəfindən 2018-ci ildən seçilməyə başlayıb. Əvvəlki mövsümlərdə Cavid İmamverdiyev (2017/2018), Emin Mahmudov (2018/2019), Abdullah Zubir (2019/2020), Namik Ələskərov (2020/2021), Kadi Borges Malinovski (2021/2022) və Aleksey Kaşuk (2022/2023) ən yaxşı seçilib. 2023/2024 mövsümündə isə səsvermə keçirilməyib.

İdman.biz

Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 06:15

Verder Bremen Avstriya millisinin qapıçısı ilə müqavilə imzalayıb

Futbol
Bu gün, 05:13

FİFA İngilis Hakimlərə Argentina Oyunlarında Hakimlik Etmeməyi Əmr Edib

Futbol
Bu gün, 04:12

Davinson Sançes "Komo"ya keçə bilər

Futbol
Bu gün, 03:07

"Barselona" Joan Qamper Kubokunda "Əl Əhli" ilə qarşılaşacaq

Futbol
Bu gün, 02:14

İspaniya Belçikaya 40 ildən sonra qalib gəlib

Futbol
Bu gün, 01:54

İspaniya qadınlar arasında U19 Avropa çempionatının qalibi oldu

Güləş
Bu gün, 01:46

Azərbaycan güləşçisi Avropa çempionu oldu

Tennis
Bu gün, 01:37

Yannik Sinner Uimbldon 2026-nı finalına yüksəlib

Futbol
Bu gün, 01:19

İspaniya mundialda qolsuz rekorduna sahib olub

Futbol
Bu gün, 01:00

İspaniya DÇ-2026-da yarımfinala yüksəldi

Futbol
Bu gün, 01:00

İspaniya DÇ-2026 yarımfinalına vəsiqə qazandı

Futbol
Bu gün, 00:51

İspaniya Belçika ilə matçda qalib gəlib

Basketbol
Bu gün, 00:42

Neftçi Kaseres mərhələsində yarımfinalda məğlub olub

Futbol
Bu gün, 00:28

İsveçrənin mundialdakı bombardiri Argentinaya qarşı matça çıxa bilməyəcək

Futbol
Bu gün, 00:12

İspaniya və Belçika arasında hesab bərabərə çatıb

Futbol
Dünən, 23:50

Neftçi "Radniçi Niş"i məğlub etdi

Futbol
Dünən, 23:44

İspaniya və Belçika hesab 1:1 hesabı ilə bərabərə qaldı

Basketbol
Dünən, 23:35

Neftçi Kaseresdə Yarımfinala Vəsiqə Qazanıb

Futbol
Dünən, 23:32

İspaniya Belçikaya qalib gəlib

Futbol
Dünən, 23:32

İspaniya Belçikaya qalib gəlib

Futbol
Dünən, 23:21

"Barselona" Adeyeminin transferini razılaşdırıb

Boks
Dünən, 23:09

Roy Cons və Sübhan Mamedov “İBA Çempionlar Gecəsi”ndə öz ifalarını nümayiş etdirdilər

Futbol
Dünən, 23:01

İspaniya-Belçika oyunu starteddır

Futbol
Dünən, 23:00

DÇ-2026: İspaniya - Belçika

Oxşar xəbərlər