"Bavariya" və "Arsenal" "Ayntraxt"ın müdafiəçisi Nataniel Braunla yaxından maraqlanır. Sport24.az xəbər verir ki, bu barədə "The Athletic" məlumat yayıb.
Heyətini yeni cinah müdafiəçisi ilə gücləndirməyi planlaşdıran "Bavariya"nın hədəfində də Braun var. Universallığı ilə seçilən futbolçunu "Arsenal" da komanda üçün faydalı hesab edir.
Qeyd edək ki, 22 yaşlı futbolçu hazırda Almaniya millisinin düşərgəsindədir və dünya çempionatındakı çıxışı onun yay "transfer pəncərəsi"ndə əsas hədəflərdən birinə çevrilməsinə səbəb ola bilər.