top
Avropanın ən yaxşı yarımmüdafiəçisi seçilən azərbaycanlı: “Qalib olacağımı gözləyirdim” Report.az
09 yanvar 2025, 14:54
- ↺ +

Avropanın ən yaxşı yarımmüdafiəçisi seçilən azərbaycanlı: “Qalib olacağımı gözləyirdim”

Qalib olacağımı gözləyirdim.

Bunu "Report"a açıqlamasında Azərbaycanın minifutbol yığmasının və "Birbaşa Bakı" komandasının üzvü Elvin Əlizadə Avropada 2024-cü ilin ən yaxşı yarımmüdafiəçisi adına layiq görülməsi barədə danışarkən deyib.

Futbolçu Çempionlar Liqasında yaxşı çıxış etdiyini vurğulayıb:

"Əlbəttə, sevindirici haldır. Futbol oynayırıqsa, ən yaxşı seçilmək hər kəsin arzusudur. Qismət oldu, sevinc içindəyəm. Qalib olacağımı gözləyirdim. Çünki Çempionlar Liqasında çox yaxşı çıxış etmişdim. Dünya və Avropa çempionatlarında da normal oynamışdım. Ona görə də inanırdım. Düzdür, seçimlər internet üzərindən idi. Seçilməyə də bilərdim".

O, Azərbaycanda keçiriləcək minifutbol üzrə dünya çempionatının qalibi olmağı hədəflədiyini də bildirib:

"Qarşıdakı hədəf dünya çempionatını qazanmaqdır. Yarış Azərbaycanda keçiriləcək. Məsuliyyətlə yanaşacağıq, çempionluğu hədəfləmişik. Çempionluğa 4 namizəddən biriyik".

E.Əlizadə "Birbaşa Bakı"nın bu mövsüm Çempionlar Liqasına vəsiqə qazanmaq şansını da dəyərləndirib:

"Birbaşa Bakı"nın bu mövsüm də Çempionlar Liqasında iştirak etmək şansı yüksəkdir. Böyük ehtimalla yarışa vəsiqə qazanan komandalardan biri olacağıq. Çempionatın gedişatı da bunu göstərir. Amma birinci, yoxsa ikinci pillənin sahibi kimi vəsiqə qazanacağımız sonda müəyyənləşəcək".

Qeyd edək ki, Elvin Əlizadə onlayn seçimlər zamanı birinci yerə layiq görülüb. Daha əvvəl yığmamızın digər üzvü Vüsal İsayev Avropada ötən ilin ən yaxşı müdafiəçisi seçilmişdi.

"Birbaşa Bakı" ötən mövsüm Polşanın paytaxtı Varşavada keçirilən Çempionlar Liqasının qalibi olub.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 14:00

Tiaqo Almeyda: Azərbaycanda futbol səviyyəsi yüksəkdir

Futbol
Bu gün, 13:54

Azərbaycan millisi Lixtenşteynlə sonuncu oyunda AVRO-2028 pley-off və 750 min avro mükafat uğrunda mübarizə aparaq

Futbol
Bu gün, 13:52

Pep Qvardiola ABŞ Milli Komandasının baş məşqçisi olmağa razıdır

Futbol
Bu gün, 13:49

Əfrən İsmayılov: "Azərbaycan millisi UEFA Millətlər Liqasında Lixtenşteynə qarşı səfər oyununda rahat qalibiyyət əldə edə bilər"

Digər
Bu gün, 13:40

Dana White sərt tənqidlə Usman Nurməhəmmədov və Merab Dvalişviliyə "axmaqlar dəstəsi" ifadəsi

Qarabağ FK
Bu gün, 13:40

Aleksey Kaşuk: “Qarabağda oynayaraq Ukraynaya dəvət almaq mümkündür”

Futbol
Bu gün, 13:30

Nəriman Axundzadənin “Ərzurumspor” ilə müqaviləsini erkən bağlaması ehtimalı

Futbol
Bu gün, 13:20

Kevin De Bruyne: "Arda Güller dünyanın ən yaxşı oyunçularından biridir - Real Madrid"

Boks
Bu gün, 13:10

Azərbaycan U-23 Avropa çempionatında 7 boksçu ilə yarışacaq

Futbol
Bu gün, 13:09

İspaniyanın Yamalı İngiltərə qarşısında hazırdır

Futbol
Bu gün, 13:00

Azərbaycan millisi Lixtenşteynlə qarşılaşır: Mənfi ab-hava əvəzinə dəstəyə çağırış

Futbol
Bu gün, 12:40

Manhetten federal məhkəməsi UEFA-nın FİFA-nı Thrive Capital və JP Morgan-a qarşı irəli sürdüyü iddianı rədd etdi

Qarabağ FK
Bu gün, 12:40

Pedro Bikalyonun cərimə iddiaları rədd edildi – Klub açıqlama etdi

Qarabağ FK
Bu gün, 12:35

XIII tur Azərbaycan Premyer Liqasında oyun vaxtları açıqlanıb;

Futbol
Bu gün, 12:25

Həbib Nurməhəmmədov Xviça Kvaratsxeliyanı izləmədən çıxardı, çünki futbolçu Merab Dvalişviliyə dəstək verir

Futbol
Bu gün, 12:20

Makron Vengerin FIFA prezidentliyi namizədliyini dəstəkləyir, Ramon Veqa da iştirak edəcək

Futbol
Bu gün, 12:12

Ozan Kabak qırmızı kart səbəbilə Türkiyə millisinin düşərgəsindən ayrıldı;

Futbol
Bu gün, 12:10

Andre Şinyaşiki Neftçidən ayrıldı, Braziliyanın Santa Cruz klubuna transfer oldu

Futbol
Bu gün, 11:40

Bruno Fernandes Manchester United-ın ikinci təklifini yenidən rədd edir

Futbol
Bu gün, 11:39

Napoli'dan ayrılaraq De Bruyne, PSV ilə transfer üçün hazırdır

Digər
Bu gün, 11:24

Usman Nurmaqomedovun meneceri onun gələcəyini müzakirə etdi

Boks
Bu gün, 11:21

Eduard Məmmədov iki qızıl medal qazanaraq 13-cü Avropa çempionu oldu;

Futbol
Bu gün, 11:09

Qalatasaray, Batrakov üçün xüsusi kolleksiya satışa çıxardı

Futbol
Bu gün, 11:02

Fransanın LANS klubu baş məşqçisini Yannik Kayuzakla yollarını ayırıb;

Oxşar xəbərlər