Ötəön gecə Avropa Liqasında II təsnifat mərhələsi start götürüb. Sport24.az xəbər verir ki, mərhələnin ilk oyunları çərçivəsində 8 matç keçirilib.
Baş tutan görüşlərdən yalnız birində meydan sahibləri qalib gəlib. "Anderlext" "doğma divarlar" arasında İsveç təmsilçisi "Hakken"i minimal hesabla məğlub edib - 1:0.
Qeyd edək ki, II mərhələnin cavab matçları iyulun 31-də oynanılacaq.
Avropa Liqası
II təsnifat mərhələsi, ilk oyunlar
"Banik" (Çexiya) - "Legiya" (Polşa) 2:2
"Şerif" (Moldova) - "Utrext" (Niderland) 1:3
"Levski" (Bolqarıstan) - "Braqa" (Portuqaliya) 0:0
"Midtülland" (Danimarka) - "Hibernian" (Şotlandiya) 1:1
"Çelye" (Sloveniya) - AEK (Kipr) 1:1
"Anderlext" (Belçika) - "Hakken" (İsveç) 1:0
"Beşiktaş" (Türkiyə) - "Şaxtyor" (Ukrayna) 2:4
"Luqano" (İsveçrə) - ÇFR (Rumıniya) 0:0