Bu gün UEFA Avropa Liqasında 2025/2026 mövsümünə start veriləcək.
İdman.biz xəbər verir ki, I təsnifat mərhələsinin ilk oyunları çərçivəsində 8 görüş keçiriləcək.
Azərbaycan kubokunun sahibi "Sabah" da meydana çıxacaq. Bakı təmsilçisi Sloveniya "Selye"sini qəbul edəcək.
Avropa Liqası
I təsnifat mərhələsi, ilk oyunlar
10 iyul
20:00. "Sabah" (Azərbaycan) - "Selye" (Sloveniya)
20:30. AEK (Kipr) - "Partizan" (Serbiya)
21:00. "Şerif" (Moldova) - "Priştina" (Kosovo)
21:00. "Paks" (Macarıstan) - CFR (Rumıniya)
21:30. "Levski" (Bolqarıstan) - "Hapoel Beer Şeva" (İsrail)
22:00. "Şaxtyor" Donetsk (Ukrayna) - "İlves" (Finlandiya)
22:15. "Spartak Trnava" (Slovakiya) - "Hakken" (İsveç)
23:00. "Legiya" (Polşa) – "Aktobe" (Qazaxıstan)
Qeyd edək ki, mərhələnin cavab oyunları iyulun 17-də keçiriləcək.
İdman.biz