top
Aslan Kərimov: Qarabağın Ferentsvaroş üzərində qələbəsi hər şeyi həll etmir Idman.biz
20 avqust 2025, 18:08
- +

Aslan Kərimov: "Qarabağ"ın "Ferentsvaroş" üzərində qələbəsi hər şeyi həll etmir

"Qarabağ" UEFA Çempionlar Liqasının Liqa mərhələsini təmin etməyib".

İdman.biz xəbər verir ki, bunu "Report"a açıqlamasında Azərbaycan millisinin və "Qarabağ"ın sabiq kapitanı Aslan Kərimov deyib.

O, "Qarabağ"ın ötən gün Çempionlar Liqasının pley-off mərhələsində "Ferentsvaroş"a (Macarıstan) qarşı keçirdiyi oyunu şərh edib:

"Təmsilçimiz səfərdə yaxşı üstünlük əldə etdi. Lakin qəti sürətdə demək olmaz ki, "Qarabağ" məsələni həll edib. Bu futboldur və hər şey baş verə bilər. İnşallah, Bakıdakı görüşdə də nəticə istədiyimiz kimi olacaq".

Mütəxəssis səfərdə qazanılan qələbəyə baxmayaraq, Ağdam təmsilçisinin mükəmməl oyun sərgiləmədiyini söyləyib: "Nəticə əladır, lakin məncə, "Qarabağ" mükəmməl oynamadı. Yəni, həm "Ferentsvaroş"un, həm də "Qarabağ"ın müdafiəsində səhvlər var idi. Elə o səhvlərdən birinin ucbatından qapımızda qol gördük. Hətta bir neçə qol epizodunda rəqibin bəxti gətirmədi. Bu o deməkdir ki, hələ heç nə bitməyib. Lakin real danışsaq, Liqa mərhələsinə çıxmaq üçün şansımız böyükdür".

Kərimov Macarıstan klubunun ikinci hissədə durğunluq yaşadığını bildirib: "Əslində "Ferentsvaroş" gözlədiyim kimi çıxış edirdi. İlk hissədə pressinq edirdilər, hücumlara da sürətli atılırdılar. Bir neçə epizodda "Qarabağ"ın müdafiədən hücuma atılmasının qarşısını alırdılar. Lakin ikinci yarıda sanki dayandılar. Təbii ki, bu da yorğunluqdan irəli gəlirdi. Bundan maksimum istifadə edən "Qarabağ" lazımi qolları vura bildi".

Qeyd edək ki, "Qarabağ" Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda səfərdə "Ferentsvaroş"a 3:1 hesabı ilə qalib gəlib. Tərəflər arasında cavab matçı avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Qalib tərəf UEFA Çempionlar Liqasının, məğlub olan isə Avropa Liqasının əsas mərhələsinə qatılacaq.

İdman.biz

Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 18:01

Messi karyerasında ilk dəfə Dünya Çempionatının seçmə turnirinin bombardiri oldu

Futbol
Bu gün, 18:00

"Beşiktaş" Gökhan Sazdağını transfer etdi - RƏSMİ

Futbol
Bu gün, 17:59

Vurğun Hüseynov Ukrayna oyunu və Ayxan Abbasov haqqında danışdı

Gimnastika
Bu gün, 17:54

Nəzrin Cəfərzadə: Bədii gimnastlarımız III MDB Oyunlarında ölkəmizi layiqincə təmsil edəcəklər

Futbol
Bu gün, 17:53

Mateuş Koxalski "Qarabağ"la Çempionlar Liqasında oynamaqdan danışdı

Futbol
Bu gün, 17:48

Rüfət Əhmədov yenidən "Qəbələ"də!

Futbol
Bu gün, 17:47

"İmişli" ev oyunlarını bundan sonra Qubada keçirəcək: PFL-dən qərar

Futbol
Bu gün, 17:43

Rüfət Əhmədov "Qəbələ"yə icarə əsasında qayıdıb

Gimnastika
Bu gün, 17:42

Azərbaycan bədii gimnastları III MDB Oyunlarına intensiv hazırlıq görürlər

Futbol
Bu gün, 17:41

Mateuş Koxalski: "Bizə Azərbaycanın "Barselona"sı deyirlər, amma biz "Qarabağ"ıq"

Futbol
Bu gün, 17:40

"Araz-Naxçıvan"ın qapıçısı Haalandın ondan üzr istəməsindən danışdı

Futbol
Bu gün, 17:37

Yens Lemann "Münhen 1860" klubuna sərmayə qoyur, idman direktoru olmaq istəyir

Cüdo
Bu gün, 17:31

Bakıda Kodokan mütəxəssislərinin iştirakı ilə ne-vaza seminarı başlayıb

Cüdo
Bu gün, 17:29

Bakıda Kodokan Mütəxəssislərinin İştirakı ilə Ne-Vaza Seminarı Başladı

Futbol
Bu gün, 17:24

Əfran İsmayılov: Yerli məşqçilərə güvənmək lazımdır

Futbol
Bu gün, 17:20

"Traktor" İsveçli Qapıçı Marko Yohanssonu Transfer Etdi

Futbol
Bu gün, 17:07

Rüfət Abdullazadə Avropadakı ilk qolunu karyerasında başlanğıc hesab edir

Futbol
Bu gün, 17:05

"Mançester Yunayted" "Sportinq"in belçikalı müdafiəçisi ilə maraqlanır

Futbol
Bu gün, 16:52

"Şəfa"nın baş məşqçisi legioner transferi istəmədiyini açıqladı

Basketbol
Bu gün, 16:40

"Quba" Alonzo Range Jr-ı heyətinə qatıb

Futbol
Bu gün, 16:38

Elxan Abdullayev: "Polşaya 0:6 hesablı məğlubiyyət faciə deyil"

Futbol
Bu gün, 16:34

Arif Əsədov: "Santuşun göndərilməsi və Abbasovun təyinatı ab-havanı dəyişdi, futbolçularda ruh yüksəkliyi yarandı"

Futbol
Bu gün, 16:26

"Traktor" İsveçli qapıçı Marko Yohanssonu transfer edib

Futbol
Bu gün, 16:23

Ayxan Abbasovun müsahibəsi: Oyunçulara təsir edən söhbətlər

Oxşar xəbərlər