"Araz-Naxçıvan"ın zədəli futbolçusu Ramon Maçadonun durumuna aydınlıq gəlib.
İdman.biz xəbər verir ki, klubun mətbuat xidmətinin rəhbəri Mahal Məmmədovun "Report"a verdiyi məlumata görə, məşq zamanı zədələnən braziliyalı hücumçu artıq meydana çıxa bilər.
Hətta onun 2 gün sonra Misli Premyer Liqasında "Turan Tovuz"a qarşı oyunda forma geyinməsi belə istisna olunmur.
34 yaşlı oyunçu zədəsini sağaltdıqdan sonra həkimlər ona istirahət etməyi məsləhət görüblər. Bu səbəbdən klubun baş məşqçisi Elmar Baxşıyev Maçadonu riskə atmaq istəməyib.
O, komandanın Konfrans Liqasında keçirdiyi oyunlarda da iştirak etməyib.
Qeyd edək ki, "Turan Tovuz" - "Araz-Naxçıvan" matçı avqustun 24-də "Azərsun Arena"da keçiriləcək.
İdman.biz