Bu gün "Araz-Naxçıvan" avrokubokda debüt oyununa çıxacaq.
İdman.biz xəbər verir ki, Premyer Liqanın bürünc medalçısı UEFA Konfrans Liqasının II təsnifat mərhələsində ilk matçını keçirəcək.
Elmar Baxşıyevin baş məşqçisi olan komanda "Dalğa Arena"da Yunanıstan "Aris"ini sınağa çəkəcək.
UEFA Konfrans Liqası
II təsnifat mərhələsi, ilk oyun
24 iyul
20:00. "Araz-Naxçıvan" (Azərbaycan) - "Aris" (Yunanıstan) - 2:1
Qollar: Felipe Santos, 75. Leandro Andrade, 78 - Loren Moron, 66
"Araz-Naxçıvan": 12. Kristian Avram, 34. Ürfan Abbasov, 3. Bəxtiyar Həsənalızadə, 4. İqor Ribeyro, 77. Bruno Aleksandre, 19. Bar Kohen, 6. Patrik Andrade, 29. Vanderson, 70. Çarlz Boli, 10. Felipe Santos, 11. Ba-Muaka Simakala
Baş məşqçi: Elmar Baxşıyev
"Aris": 33. Giorgos Atanasiadis, 37. Hamza Mendil, 4. Fabiano Leymann, 14. Yakub Brabek, 27. Noa Fadiqa, 8. Monçu, 97. Fredrik Yensen, 10. Uroş Raçiç, 99. Kleyton Diandi, 7. Karles Peres, 80. Loren Moron
Baş məşqçi: Marinos Ouzounidis
Baş hakim: Andrey Kivulete (Rumıniya)
Bakı, "Dalğa Arena"
Qeyd edək ki, cavab görüşü iyulun 31-də keçiriləcək.
İdman.biz