UEFA Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Araz-Naxçıvan" - "Aris" oyunu üçün biletlər satışa çıxarılıb.
İdman.biz xəbər verir ki, sektorlar üzrə müvafiq olaraq qiymətlər 1 və 2 manatdır.
Biletlər hər gün saat 10:00-dan 21:00-dək "Dalğa Arena" və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında satılır.
Qeyd edək ki, matç iyulun 24-də saat 20:00-da "Dalğa Arena"da start götürəcək.
İdman.biz