Bu gün "Araz-Naxçıvan" avrokuboklarda mübarizəyə start verir. Sport24.az xəbər verir ki, Naxçıvan təmsilçisi Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda Yunanıstan təmsilçisi "Aris"lə üz-üzə gələcək.
"Dalğa Arena"da keçiriləcək matçın start fiti saat 20:00-da səslənəcək. Qarşılaşmada ədaləti Rumıniyadan olan hakimlər briqadası qoruyacaq.
Qeyd edək ki, komandalar arasında cavab görüşü iyulun 31-də Yunanıstanda baş tutacaq. Bu dueldə üstün olan tərəf III təsnifat mərhələsində "Omonia" (Kipr) - "Torpedo" (Kutaisi, Gürcüstan) cütünün qalibi ilə qarşılaşacaq.
Konfrans Liqası
II təsnifat mərhələsi, ilk oyun
24 iyul
20:00. "Araz-Naxçıvan" (Azərbaycan) - "Aris" (Yunanıstan) - 2:1
Qollar: Loren Moron, 66 (0:1), Felipe Santos, 75 (1:1), Patrik Andrade, 78 (2:1)
Hakimlər: Andrey Kivulete, Mirça Mihail Qriqoriu, Andrey Qabriel Konstantinesku, Radu Petresku (Rumıniya)
Mərdəkan. "Dalğa Arena"
"Araz-Naxçıvan": 12. Kristian Avram, 34. Ürfan Abbasov, 3. Bəxtiyar Həsənalızadə, 4. İqor Ribeyro, 77. Bruno Aleksandre, 19. Bar Kohen, 6. Patrik Andrade, 29. Vanderson, 70. Çarlz Boli, 10. Felipe Santos, 11. Ba-Muaka Simakala
Baş məşqçi: Elmar Baxşıyev
"Aris": 33. Giorgos Atanasiadis, 37. Hamza Mendil, 4. Fabiano Leymann, 14. Yakub Brabek, 27. Noa Fadiqa, 8. Monçu, 97. Fredrik Yensen, 10. Uroş Raçiç, 99. Kleyton Diandi, 7. Karles Peres, 80. Loren Moron
Baş məşqçi: Marinos Ouzounidis