top
Aqil Nəbiyev U-16 millisinin Moldova üzərində qələbəsi və gələcək planları barədə danışıb Sport24.az
22 iyun 2025, 12:56
- +

Aqil Nəbiyev U-16 millisinin Moldova üzərində qələbəsi və gələcək planları barədə danışıb

16 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Aqil Nəbiyev Moldovanın müvafiq yaş qrupundan ibarət komandası ilə keçirilən ikinci yoxlama oyunundan (2:1) sonra AFFA-nın Mətbuat xidmətinə fikirlərini bildirib. Sport24.az xəbər verir ki, qələbəyə görə futbolçularını təbrik edən mütəxəssis yoxlama matçı olsa da, qalib gəlməyin sevindirici hal olduğunu söyləyib:

 

"İlk növbədə komandamı qələbə münasibətilə təbrik edirəm. Moldova ilə ilk matçı iki gün əvvəl keçirmişdik. Bir günlük fasilədən sonra yenidən oynamaq çətindir. Futbolçunun bərpası çox önəmlidir. Orqanizmdən asılı olaraq 48 saata da bərpa olan futbolçu var, 72 saata da. Bunları nəzərə alaraq heyətdə bəzi dəyişikliklər etmişdik. Meydanda dominant futbol oynadıq, çoxlu qol epizodları yaratdıq".

 

O, narahat olduğu məqamı da açıqlayıb:

"Hər iki görüşdə əldə etdiyimiz yüz faizlik epizodları dəyərləndirə bilmədik və sadə vəziyyətlərdən qollar buraxdıq. Bunların üzərində çox çalışmaq lazımdır. Bu kollektivdən bir neçə futbolçunu U-17 millisinə də dəvət edirik. Təlim-məşq toplanışlarının və beynəlxalq oyunların sayını artıra bilsək, bu futbolçularla çox şeyə nail olarıq. İnanıram ki, ölkəmizdə təşkil olunacaq MDB Oyunlarında və U-17 millimizlə seçmə mərhələ matçlarında yaxşı nəticələr əldə edəcəyik".

 

Baş məşqçi yığmanın 3:2 hesablı qələbə qazandığı ilk oyunla müqayisədə ikinci qarşılaşmanı daha yaxşı keçirdiyini söyləyib:

 

"Birinci oyunu təhlil etdiyimiz zaman gözə çarpan boşluqları aradan qaldırdıq. Budəfəki matçda topa daha çox sahib olduq, kifayət qədər qol vəziyyətləri yaratdıq. Baxımlı oyunun da nəticəsi olaraq qələbə qazandıq. Uğurlu nəticələrin davamının gələcəyinə inanıram".

 

Nəbiyev sentyabr-oktyabrda Azərbaycanda təşkil olunacaq III MDB Oyunlarında U-16 millimizin uğurlu nəticə qazanacağına inandığını vurğulayıb:

 

"Rəqiblərimizi bildikdən sonra onlar barədə ətraflı məlumat toplayacaq, təhlil edəcəyik. Komandamız MDB Oyunlarında da uğurlu nəticələr qazanacaq potensiala malikdir. Sadəcə, uşaqlara güvənməliyik. Hər dəfə dediyim kimi, Azərbaycanda yetərincə perspektivli futbolçu var. Uşaqları düzgün istiqamətləndirmək və onlara inanmaq lazımdır".

Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 22:38

Lizbet Ovalle qadın futbolunda ən bahalı transferə imza atıb

Futbol
Bu gün, 22:37

"İnter" Andi Diufu transfer edib

Futbol
Bu gün, 22:23

Viktor Nelsson "Verona"ya icarəyə verildi

Futbol
Bu gün, 21:56

Andi Diuf "İnter"ə keçdi: 25 milyon avroluq transfer rəsmiləşdi

Futbol
Bu gün, 21:43

Lizbet Jaklin Ovalyenin Transferi Qadın Futbolunda Rekord Vurdu

Futbol
Bu gün, 21:27

"Qəbələ" MOİK-i yoxlama oyununda məğlub edib

Futbol
Bu gün, 21:26

"Milan" Bonifaseni "Bayer"dən icarəyə götürür

Olimpiada
Bu gün, 21:17

Azərbaycanlı fiqurlu konkisürənlər Pekində Olimpiya lisenziyası uğrunda mübarizə aparacaqlar

Güləş
Bu gün, 21:02

Azərbaycan güləşçiləri U-20 dünya çempionatında 1 qızıl və 2 bürünc medal qazana bilər

Basketbol
Bu gün, 20:58

NBA ulduzunun atası adam öldürməyə cəhdə görə həbs edilib

Futbol
Bu gün, 20:57

Viktor Nelsson "Verona"ya icarəyə verildi - RƏSMİ

Futbol
Bu gün, 20:48

"Bayer 04" "Sevilya"nın müdafiəçisi Loik Badeni transfer edib

Futbol
Bu gün, 20:39

"Tottenhem" Ezenin transferində uğursuzluğa düçar olduqdan sonra hədəflərini dəyişir

Futbol
Bu gün, 20:30

"İmişli" "Sabah"dan Xəlil Mürsəllini transfer etdi - RƏSMİ

Basketbol
Bu gün, 20:27

"Neftçi" kapitanı Amil Həmzəyevlə müqavilə uzadıldı, heyətə yeni oyunçular cəlb olundu

Futbol
Bu gün, 20:12

"Milan" Viktor Bonifaseni icarəyə götürür: Satınalma maddəsi ilə

Futbol
Bu gün, 19:58

Norveç İsraillə oyundan gələn gəliri Qəzzaya bağışlayacaq

Güləş
Bu gün, 19:51

Ruzanna Məmmədova U-20 Dünya Çempionatında gümüş medal qazanıb

Boks
Bu gün, 19:47

İman Xelif idman karyerasını dayandırması ilə bağlı şayiələri təkzib etdi

Cüdo
Bu gün, 19:28

Cüdo üzrə U-14 yeniyetmələr arasında Liqa yarışının III turu keçiriləcək

Futbol
Bu gün, 19:27

"Borussiya Dortmund" Aaron Anselminonu icarəyə götürməkdə maraqlıdır

Boks
Bu gün, 19:04

Paris-2024 Olimpiya çempionu İman Xelif karyerasını bitirməsi xəbərini təkzib edib

Futbol
Bu gün, 19:03

"İmişli" 19 yaşlı yarımmüdafiəçi Xəlil Mürsəlli ilə müqavilə imzaladı

Futbol
Bu gün, 18:59

"Barselona" Frenki de Yonqla yeni müqavilə imzalayacaq

Oxşar xəbərlər