"Liverpul"un yeni baş məşqçisi Andoni İraola olacaq. Sport24.az xəbər verir ki, "qırmızılar"ın ispan mütəxəssislə anlaşmasının detalları məlum olub. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb.
İraola yeni klubu ilə üç illik müqavilə imzalayacaq. 43 yaşlı mütəxəssisin məşqçilər korpusunda Pablo de la Torre, Tommi Elfik, Şon Kuper vəTeo Uebber olacaq.
Təyinatın yaxın zamanda açıqlanacağı gözlənilir.
İraola ötən mövsüm "Bornmut"a rəhbərlik edib.