Gürcüstan millisinin Avro-2024 üçün yekun heyəti açıqlanıb. Sport24.az Gürcüstan Futbol Federasiyasının saytına istinadən xəbər verir ki, heyətdə 3 qapıçı, 8 müdafiəçi, 10 yarımmüdafiəçi və 5 hücumçu yer alıb.
Qapıçılar: Giorgi Mamardaşvili, Giorgi Loria, Luka Quqeşaşvili
Müdafiəçilər: Solomon Kverkveliya, Giorgi Qvelesiani, Quram Kaşiya, Cemal Tabidze, Laşa Dvali, Luka Loçoşvili, Otar Kakabadze, Giorgi Qoçoleyişvili
Yarımmüdafiəçilər: Nika Kvekveskiri, Giorgi Çakvetadze, Anzor Mekvabişvili, Qabriel Siqua, Otar Kiteişvili, Giorgi Koçoraşvili, Levan Şengelia, Sandro Altunaşvili, Saba Lobjanidze, Giorgi Tsitaişvili
Hücumçular: Budu Zivzivadze, Jorj Mikautadze, Xviça Kvaratsxeliya, Zuriko Davitaşvili, Giorgi Kvilitaya
Xatırladaq ki, Avropa çempionatı iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək.