top
AFFA İcraiyyə Komitəsinin iclası: Büdcə, təyinatlar, bonus sistemi və Hesabat Konfransı Idman.biz
19 fevral 2026, 20:18
- +

AFFA İcraiyyə Komitəsinin iclası: Büdcə, təyinatlar, bonus sistemi və Hesabat Konfransı

AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.

İdman.Biz bildirir ki, AFFA-nın prezidenti Rövşən Nəcəf əvvəlcə UEFA Çempionlar Liqasında "Qarabağ"ın bu mövsüm qazandığı uğurlar münasibətilə komandanın baş məşqçisi Qurban Qurbanovu təbrik edib, bu nəticələrin Azərbaycan futbolunun beynəlxalq nüfuzunun artmasına töhfə verdiyini vurğulayıb. AFFA-nın prezidenti daha sonra iclasın gündəliyi barədə məlumat verib.

İlk olaraq AFFA-nın 2026-cı il üçün büdcəsi müzakirə olunaraq təsdiqlənib.

Ardınca AFFA-nın baş katibi Cahangir Fərəcullayev Əvəzedicilər Liqasının 2026/2027-ci illər mövsümü üçün statusu barədə geniş məlumat verib. Məsələ ətrafında İcraiyyə Komitəsi üzvləri tərəfindən təkliflər səsləndirilib, yekun qərarın verilməsi üçün Klublar Komitəsinin rəyinin alınmasının məqsədəuyğun olduğu bildirilib.

Daha sonra AFFA-nın baş katibinin müavini Elçin Məmmədov Misli Premyer Liqası klublarının akademiyalarında aparılmış yerində təhlillər üzrə hesabatı təqdim edib.

İclasda Hakimlər Komitəsinin tərkibinin formalaşdırılması məsələsinə də baxılıb. Qərara əsasən, Asim Xudiyev, Şahin Cəfərov və Elçin Səmədli yekdilliklə komitənin yeni üzvləri təyin olunublar.

Eyni zamanda Misli Premyer Liqası hakimləri üçün nəzərdə tutulan yeni bonus sistemi baş katib Cahangir Fərəcullayev tərəfindən təqdim olunub. Bu sistemin hakimlərin fəaliyyətinin stimullaşdırılmasına və oyunlarda idarəçiliyin keyfiyyətinin artırılmasına xidmət edəcəyi bildirilib. Təklif olunan sistem İcraiyyə Komitəsinin üzvlərinin səsverməsi ilə təsdiq edilib.

İclasda AFFA-nın növbəti Hesabat Konfransının tarixi də müəyyənləşdirilib. AFFA-nın növbəti Hesabat Konfransının 2026-cı il aprelin 3-də keçirilməsi qərara alınıb.

Oyunçuların Statusu və Transferi Komitəsinin sədri Tural Eyvazovun öz xahişi ilə vəzifəsindən ayrılması ilə bağlı ərizəsi qəbul edilib. Qərara əsasən, bu komitəyə Sərxan İbadov yeni sədr seçilib.

Sonda 2027-ci ildə Azərbaycan və Özbəkistanda təşkil olunacaq FIFA U-20 Dünya çempionatı ilə əlaqədar ev sahibliyi müqaviləsi təsdiqlənib.

Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 03:09

"Arsenal" Edeqoru 87 milyon avroya satmaq istəyir

Şahmat
Bu gün, 02:18

FIDE prezidenti Arkadi Dvorkoviç istefa verib

Futbol
Bu gün, 01:52

Liverpul Vinisiusu azad agent kimi transfer etməyi düşünür

Futbol
Bu gün, 01:36

De la Fuente Argentina oyunçularının davranışlarına reaksiya verdi: “Qəbuledilməzdir”

Futbol
Bu gün, 01:15

Murad Məmmədovun komandası Avropa Liqasında məğlub olub

Voleybol
Bu gün, 01:01

Millətlər Liqasının yarımfinal cütlükləri müəyyənləşib

Güləş
Bu gün, 00:49

Asəf Çopurov UAE Warriors çempionluq kəmərini uğurla müdafiə edib

Futbol
Bu gün, 00:38

Karvan-Yevlax" İbrahim Qədirzadə ilə müqaviləsini başa vurub

Futbol
Bu gün, 00:17

Karlo Ançelotti İtaliya millisini çalışdırmaqdan imtina edib

Minifutbol
Dünən, 23:44

„Rapid“ „Santa-Koloma“nu məğlub edib

Futbol
Dünən, 23:44

"Rapid" "Santa Kolomaya" qalib gəlib

Qarabağ FK
Dünən, 23:33

Elvin Cəfərquliyevin əsas heyətdə yeri hələ də müəyyən deyil

Futbol
Dünən, 23:17

Makkabi Şerifə qarşı inamlı qələbə qazandı

Futbol
Dünən, 23:00

Elliot Anderson „Mançester Siti“yə keçib

Futbol
Dünən, 22:46

Mahir Emreli Polşada ilk qoluna imza atdı

Qarabağ FK
Dünən, 22:39

Qurban Qurbanov “CSKA Sofia” ilə oyun haqqında danışdı

Qarabağ FK
Dünən, 22:25

Hristo Yanev: “Qarabağ”la bərabərlik yaxşı nəticədir”

Futbol
Dünən, 22:10

Frenki de Yonqun dizində zədə

Futbol
Dünən, 21:50

Zirə Konfrans Liqasında ilk qarşılaşmasına çıxacaq

Futbol
Dünən, 21:20

Luka Modriç “Milan”la müqaviləsini uzatdı

Minifutbol
Dünən, 20:57

Azərbaycan İdman Akademiyasının futzal komandası Avropa Universitet Oyunlarının yarımfinalına yüksəlib

Futbol
Dünən, 20:27

Barselona Adeyemi ilə müqavilə imzaladı

Qarabağ FK
Dünən, 20:00

Qarabağ Bolqarıstan təmsilçisi ilə oyunu başladı

Basketbol
Dünən, 19:47

Keçmiş NBA oyunçusu Tay Louson araq oğurladığına görə həbs olunub

Oxşar xəbərlər